Ermənistan MN 8 nəfərlik ailə üçün ayrılan 5 mln dramı mənimsəyib – ƏTRAFLI

2019/07/16519-1562927715.jpg
Oxunub: 520     14:34     12 İyul 2019    
Ermənistan Müdafiə Nazirliyi 8 nəfərlik ailə üçün ayrılan 5 mln dramı mənimsəyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Satenik Sarkisyanın ailəsi 2010-cu ildən etibarən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması üzrə növbə siyahısına cəlb edilib.

Lakin o, heç bir şeylə təmin olunmadan siyahıdan kənar qalıb. Sarkisyanın oğlanlarından biri Parqev Karapetyan 2009-cu ildə vəzifə borclarını yerinə yetirərkən, digəri Aharon Karapetyan isə 2006-cı ildə hərbi xidmət zamanı mina partlayışı zamanı sağ ayaq pəncəsini itirib.

Ailə üzvləri illərdir Müdafiə Nazirliyinə və İrəvan icra hakimiyyətinə mənzil şəraitinin yaxşılaşdırılması üçün müraciət edib. Onlar mənzil növbəsi barədə maraqlanarkən məlum olub ki, mənzil növbəsi siyahısında adları yoxdur.

Qeyd edilən problemlə bağlı Ermənistan Müdafiə Nazirliyinə edilən müraciət və araşdırma nəticəsində məlum olub ki, mənzil komissiyasının 2013-cü il tarixli qərarı ilə Sarkisyanın ailəsinə 1 otaqlı mənzil alınması üçün 4 milyon 920 min dram ayrılıb.

Lakin ailə belə yardım almadıqlarını deyir. 8 nəfərlik ailə üzvləri pis şəraitdə yaşamağa davam edib. Sarkisyanlar ailəsi qeyd edir ki, onların ailəsi adından Müdafiə Nazirliyi 5 milyon dramı mənimsəyib.

2017-ci ildə verilən məlumata görə, ailə hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üzrə tərtib edilən növbə siyahısında 385-ci yerdə olub.

Lakin Ermənistan Müdafiə Nazirliyi 2019-cu ildə verdiyi növbəti məlumatında Sarkisyan ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üzrə təqdim edilən siyahıya daxil edilmədiyini bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan MN 8 nəfərlik ailə üçün ayrılan 5 mln dramı mənimsəyib – ƏTRAFLI

2019/07/16519-1562927715.jpg
Oxunub: 523     14:34     12 İyul 2019    