Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı danışıqların növbəti mərhələsi iyul-avqustda keçiriləcək

2019/07/15578-1562918672.jpg
Oxunub: 808     12:13     12 İyul 2019    
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının dəqiq tarixi hələ məlum deyil”.

Bunu Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu görüşün mümkün qədər tez keçirilməsinin tərəfdarıdır: “Hazırda texniki işlər, ekspertlərin görüşü və digər prosedurlar razılaşdırılır. Ekspertlərin sərhədin razılaşdırılmamış sahələrinə birgə baxışı tezliklə baş tutacaq. Bu görüş adi işgüzar təcrübədir. Sərhədlə bağlı danışıqlarda uzun müddətli fasilə olduğundan məlumatların yenilənməsinə ehtiyac var. Ekspertlərin görüşünün bazasında komissiyanın Tbilisidə keçiriləcək növbəti iclasına hazırlıq işlərinə başlanılacaq”.

L.Darsalia ekspertlərin birgə baxışı və komissiyanın növbəti iclasının iyul-avqust aylarına təsadüf edəcəyini qeyd edib.

Komissiya həmsədri sərhədlə bağlı danışıqların konstruktiv mühitdə aparıldığını deyib: “Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaş ölkələrdir. Danışıqlar da məhz bu münasibətlərə uyğun atmosferdə keçir. Bizim ümumi maraqlarımız ondan ibarətdir ki, açıq məsələlər qalmasın. Azərbaycan-Gürcüstan münasibətlərində heç bir problem yoxdur və ola da bilməz, iki ölkə arasında yalnız işgüzar mühitdə həll oluna biləcək müəyyən məsələlər var”. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan-Azərbaycan   Sərhəd  

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı danışıqların növbəti mərhələsi iyul-avqustda keçiriləcək

2019/07/15578-1562918672.jpg
Oxunub: 809     12:13     12 İyul 2019    