Ordu.az xəbər verir ki, hesabatda 2019-cu ilin birinci rübündə Ermənistan silahlı qüvvələrində 23 ölüm hadisəsinin qeydə alındığı bildirilib.
23 ölüm hadisəsindən 11-i avtoqəza, 3-ü sağlamlıq problemləri, 3-ü cinayət, 3-ü intihar və ya intihar həddinə çatdırmaq, 2-si təxribata cəhd, 1-i isə bədbəxt hadisə nəticəsində baş verib.
Qeyd edək ki, ötən il bu müddət ərzində 31 ölüm hadisəsi qeydə alınıb.
Hesabata görə, 2018-ci ilin birinci rübü ilə müqayisədə, 2019-cu ilin birinci rübündə Ermənistan silahlı qüvvələrində intihar halları azalıb. Buna baxmayaraq, avtoqəza nəticəsində ölən hərbçilərin sayı 5 nəfər artıb.
"2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər Ermənistan silahlı qüvvələrində atəşkəs rejiminin pozulması səbəbindən ölüm hadisəsi qeydə alınmayıb. 2019-cu ilin iyununda, 9 aydan sonra ilk dəfə atəşkəs rejiminin pozuntusu səbəbi ilə 2 hərbi qulluqçunun ölüm hadisəsi qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Ümumi 23 ölüm hadisəsindən 15-nin Ermənistanda, 7-sinin işğal altında olan Qarabağda, 1-nin isə naməlum, adı açıqlanmayan ərazidə baş verdiyi bildirilir. 23 hadisədən 13-ü haqqında rəsmi bildiriş verilib, 4 hadisə haqqında yalnız KİV-lər məlumat yaydıqdan sonra rəsmi olaraq təsdiq edilib, 6 hadisə haqqında isə ümumiyyətlə rəsmi məlumat verilməyib.
Rəsmi strukturlar, yəni Ermənistan Müdafiə Nazirliyi, Ermənistan Baş Prokurorluğu və Ermənistan İstintaq Komitəsi baş vermiş hadisələrdən yalnız 11-ni hərbi xidmətlə əlaqələndiriblər.
Baş vermiş 23 ölüm hadisəsindən yalnız 17-si barədə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az