Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi, Hovhannes Poğosyan iyulun 8-də Artak Davtyanın 2019-cu il mayın 8-də qəbul edilmiş əmrinin etibarsız sayılması və özünün keçmiş vəzifəsinə qaytarılması üçün İnzibati Məhkəməyə müraciət edib.
Qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələrinin əməkdaşları öz problemlərini Artak Davtyanla şifahi yolla həll edə bilməyiblər və məhkəmə vasitəsilə keçmiş vəzifələrinə qayıtmağa cəhd edirlər.
Alpər Mövludoğlu
Ordu.az