Erməni KİV-ləri: Əgər hektarlarla ərazi itimişiksə, o zaman niyə qələbə haqqında bəyanat verilib?

2019/06/567-1559649497.jpg
Oxunub: 1193     11:57     11 İyul 2019    
Dünən Ermənistan parlamentində aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyasının iclası baş tutub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda iclasda müzakirə olunan bir sıra məsələlər aprel döyüşlərinin necə başlaması ilə bağlıdır.

Komissiya üçün anlaşımaz məsələ ondan ibarətdir ki, vaxtilə Sarkisyan hakimiyyəti bir tərəfdən erməni tərəfinin müharibədə qələb qazanması haqqında bəyanat verir, digər tərəfdən isə hektarlarla ərazinin Azərbaycan tərəfindən tutulduğunu bildirirdi.

Komissiya aydınlaşdırmağa çalışır ki, hücum zamanı kim hansı təlimat verib, hücum edilib, yoxsa müdafiə olunub, yaxud da başqa bir qərar qəbul olunub. Məlumatlara görə, hazırda erməni komissiyası üçün maraqlı olan məsələrdən biri də, guya ordumuzun çoxlu sayda itki verməsi ilə bağlı yayılan iddiaların nə dərəcədə düzgün olmasıdır.

Ermənistan parlamentinin istintaq komissiyası daha anlaşılan və aydın məlumatların əldə olunması üçün qondarma qurumun baş qərargahından müvafiq nümayəndələri komissiyanın iclaslarına dəvət etmək niyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Ermənistan   Məğlubiyyət  

Erməni KİV-ləri: Əgər hektarlarla ərazi itimişiksə, o zaman niyə qələbə haqqında bəyanat verilib?

2019/06/567-1559649497.jpg
Oxunub: 1194     11:57     11 İyul 2019    