Ermənistan ordusunda qulluq edən kapitan “Facebook”da etiraz etdi – Hovhannisyan boyun qaçırır

2019/07/16581-1562747243.jpg
Oxunub: 2096     15:26     10 İyul 2019    
Ermənistan ordusunun hərbi qulluqçusu, kapitan Sergey Hambaryan bir neçə gün bundan əvvəl “Facebook” səhfəsində canlı yayım vasitəsilə iki oğlunun sağlamlıq problemi, ailənin ağır sosial vəziyyəti və milyonlara çatan kreditləri barədə etiraz edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bölük komandiri kimi qulluq edən Sergey Hambaryan kömək üçün ölkənin müvafiq orqanlarına, dövlət rəsmilərinə və xeyriyyəçilərə müraciət də ünvanlayıb.

Qeyd edək ki, Hambaryan Stepanavan şəhər sakinidir və üç azyaşlı uşağı var. Uşaqlarından ikisinin ciddi sağlamlıq problemi var.

Onun sözlərinə görə, 7 və 4 yaşlı oğlanlarında erkən cinsi yetkinlik və hormon problemləri mövcuddur.

“7 yaşlı Aleksandr və 4 yaşlı Aşotun müalicəsi Ermənistanda mümkündür, sadəcə bu kifayət qədər uzunmüddətli prosesdir. Təxminən 4-5 dəfə Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət etdim, lakin mənə dəstək verən olmadı”, - deyə erməni kapitan bildirib.

O qeyd edib ki, Ermənistan ordusunda hərbi qulluqçuya hörmət qoyulmur, edilən müraciətlər boşunadır.

“Bildirirlər ki, qanuna görə heç nə edə bilməzlər, lakin bu qanunu da onlar özləri yaradıb. Onlar problemi tam başa düşmək və hər hansı dəstək nümayiş etdirmək istəmirlər. Bundan əvvəl iki dəfə Serj Sarkisyana, keçmiş Baş nazir Karen Karapetyana və Tiqran Sarkisyana müraciət etdim, lakin heç bir cavab gəlmədi”, - deyə Hambaryan bildirib.

Ermənistanın “Haykakan Jamanak” nəşri erməni kapitanın məsələsi ilə əlaqəli olaraq Müdafiə Nazirliyinə müraciət edib. Nazirliyin sözçüsü Artsrun Hovhannisyan bildirib ki, dövlət tərəfindən Müdafiə Nazirliyinə ayrılmış vasitələrlə belə bir dəstəyin göstərilməsi planlaşdırılmır.

“Heç nəyi istisna etmirəm. Hərbi qulluqçunun nə gözlədiyini deyə bilmərəm, lakin bir şeyi aydın başa düşmək lazımdır ki, Müdafiə Nazirliyinin nə tərxis edilmiş, nə də xidmət edən zabitlərinin bu cür problemləri üçün vasitələri yoxdur. Müdafiə Nazirliyi bu cür yardımlara və ya imkanlara sahib deyil”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan ordusunda qulluq edən kapitan “Facebook”da etiraz etdi – Hovhannisyan boyun qaçırır

2019/07/16581-1562747243.jpg
Oxunub: 2097     15:26     10 İyul 2019    