Sumqayıtda yaşayış binasının damında qumbara və partlayıcı tapılıb

2019/07/545d2-1562424847.jpg
Oxunub: 9966     16:06     06 İyul 2019    
Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 10 saylı yaşayış binasının dam örtüyündə təmir işləri aparılarkən 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Sumqayıt  


Bizi "telegram"da izləyin