İrəvanın S-400 qısqanclığı: Moskva və Ankaraya qarşı üçtərəfli format yaradılır?

2019/07/Untit-1562400092.jpg
Oxunub: 1245     12:12     06 İyul 2019    
“Yeri gəlmişkən maraqlıdır ki, ABŞ konqresi Kiprə silah satışı qadağasının ləğv edilməsi məsələsini müzakirə edir. Bu Rusiya Federasiyası ilə silah anlaşmasına görə, Türkiyənin sanksiyalara məruz qalacağı fonunda baş verir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, istənilən halda baş verən inkişaf prosesləri Ermənistan üçün xüsusi suallar yaradır, vəziyyət çox qəribədir.

“Rusiya bəyan edib ki, iyulun 7-də S-400 HHM komplekslərinin ilk dəsti Türkiyəyə çatacaq. Bu komplekslərin Türkiyədə yerləşdirilməsi üçün rus mütəxəssislər də Türkiyəyə səfər edəcək. S-400 HHM kompleksləri ilə bağlı rus-türk anlaşması Türkiyənin ABŞ və NATO ilə münasibətlərini kəskinləşdirib. Vaşinqton sanksiyaların tətbiq edilməsi də daxil olmaqla, Türkiyəyə 5-ci nəsil F-35 hərbi qırıcılarının satışının ləğv edilməsi, həmçinin türk pilotların ABŞ-da təlimlərinin qadağan ediləcəyi barədə bəyanat yayıb.

İstənilən halda Ankara Rusiya ilə əldə etdiyi anlaşmadan imtina etmir və bir neçə gündən sonra ilk dəsti qəbul etməyə başlayacaq. Doğrudanmı bu sonuncu olmayacaq? Belə deyək özünü xilas etdikdən sonra Türkiyə Qərblə, xüsusilə ABŞ-la münasibətlərini xilas etməyə cəhd göstərməyəcək. Əlbəttə, bunu izləmək lazımdır. Digər tərəfdən doğrudanmı ABŞ və NATO daha uzaq gedərək, Türkiyəyə qarşı sanksiyalardan danışma mərhələsindən Ankaranın ittifaqdan uzaqlaşdırılması ritorikasına əl atacaqlar.

İstənilən halda baş verən inkişaf prosesləri Ermənistan üçün xüsusi suallar yaradır, vəziyyət isə çox qəribədir. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, Kipr parlamentində kifayət qədər qaneedici çıxış edib. O, çıxışında bildirib ki, Ermənistan və Kipr Türkiyənin genişlənmə siyasətini susdurmağa qarşı birgə əməkdaşlıq edirlər. Məlumdur ki, bu əməkdaşlıq İrəvanın təşəbbüsü ilə Kipr-Yunanıstan-Ermənistan yeni formatını qazanır.

Yeri gəlmişkən maraqlıdır ki, ABŞ konqresi Kiprə silah satışı qadağasının ləğv edilməsi məsələsini müzakirə edir. Bu Rusiya Federasiyası ilə silah anlaşmasına görə, Türkiyənin sanksiyalara məruz qalacağı fonunda baş verir.

Hazırda elə vəziyyət yaranıb ki, Ermənistanın təşəbbüs göstərdiyi üç tərəfli format guya tərəfdaş Türkiyə ilə Qərbin, xüsusilə ABŞ-ın münasibətlərinin aydınlaşdırılması prosesində nəzərdən keçirilə bilər. Bu isə üçtərəfli format üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda bu Ermənistanın strateji müttəfiqi hesab edilən dövlət tərəfinən Türkiyənin genişlənməsi siyasətində dəstək rolu oynaması məqamında baş verir. Əlbəttə burada vəziyyət birmənalı deyil. Lakin məlumdur ki, bu istiqamətdə Ermənistan strateji müttəfiqi simasında bir subyektə malikdir.

Həmin subyekt reallıqda Ermənistanın əleyhinə çalışdığı istiqamətdə fəaliyyət göstərir. Bu üçtərəfli format böyük hesabla Ermənistanın rus-türk əməkdaşlığına qarşı cavabı olsa da, bu əməkdaşlığın effekti və risklərini neytrallaşdırmaq üçün alternativ imkanlar yaradılmalıdır. Bu imkanlar hesabına Ermənistan Türkiyə ilə bağlı məsələlərdə Rusiya ilə daha əmin mövqelərdən danışa bilər.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Moskva yaxşı gününə görə, Ankara ilə əməkdaşlıq etmir. Bununla yanaşı iki paytaxt arasında maraqların strateji ziddiyəti istiqamətlərinin varlığı şübhəsizdir. Bu məsələdə risklərin neytrallaşdırılması üçün Ermənistanın alternativ imkanları Türkiyə ilə anlaşmada Moskva üçün də alternativ ola bilər” - deyə erməni KİV-i məsələ ilə bağlı İrəvandakı təşvişi gizlətmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya-Türkiyə   S-400  

İrəvanın S-400 qısqanclığı: Moskva və Ankaraya qarşı üçtərəfli format yaradılır?

2019/07/Untit-1562400092.jpg
Oxunub: 1246     12:12     06 İyul 2019    