Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu il iyulun 5-də saat 15:50 radələrində Cermuk şəhər sakini, 21 yaşlı Manuk Xaçatryan idarə etdiyi “VAZ -2103” markalı avtomobili ilə yolun hərəkət hissəsindən çıxaraq, çevrilmiş vəziyyətdə Arpa çayı üzərində yerləşən Keçut su anbarına düşüb.
Məlumata görə, Xaçatryan bədən xəsarətləri ilə Vayk şəhər xəstəxanasına yerləşdirilib.
Məlumatda, həmçinin bildirilir ki, sürücü Xaçatryan Ermənistan Müdafiə Mazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az