Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, iyunun 19-dan başlayaraq, Tavuş vilayət məhkəməsində Abas Hasanyan və Martin Matevosyanın məhkəməsi davam edir.
Məlumata görə, Abas Hasanyan Ermənistan Müdafiə Nazirliyinin Tavuş vilayətində dislokasiya olunan hərbi hissələrindən birində müddətli hərbi qulluqçu olaraq xidmət edərkən 2018-ci il oktyabrın 13-də saat 11:00 radələrində hərbi hissəyə yaxın ərazidə Kannabionid qrupuna aid olan narkotik tərkibli vasitə çəkməkdə ittiham olunur.
Hasanyan, həmçinin 2018-ci il oktyabrın 17-də saat 20:00 radələrində həmin hərbi hissənin kəşfiyyat bölüyünün binası yaxınlığındakı ərazidə hərbi xidməti vəzifə borclarını yerinə yetirməklə əlaqəsi olmayan, ona qarşı rəis hesab olunan, hərbi hissənin kəşfiyyat bölüyünün komandiri kapitan Martin Matevosyan tərəfindən təhqir olunduğuna və ona qarşı zorakılıq tətbiq etdiyinə görə, soyuq silah kimi istifadə edilə biləcək əşya olan qayçını götürərək, Matevosyana qarşı zorakılıq etmək və zərbə endirəcəyi ilə təhdid etdiyi üçün ittiham olunur.
Matevosyana qarşı isə kəşfiyyat bölüyünün komandiri olaraq, 2018-ci il oktyabrın 17-də saat 20:00 radələrində Hasanyanı təhqir etməkdə, daha sonra döyməkdə ittiham irəli sürülüb. Kəşfiyyat bölüyünün komandiri tabeliyindəki hərbi qulluqçuya yüngül xəsarət hesab edilməyən, bədən xəsarətləri yetirib.
Bununla da Hasanyana qarşı Ermənistan CM-nin 2-ci maddəsi, Matevosyana qarşı isə 1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az