Erməni partiya sədri ABŞ senatoruna 907 saylı qətnamə ilə bağlı müraciət edib

2019/04/45645-1554886717.jpg
Oxunub: 8776     15:23     05 İyul 2019    
Artur Qazinyan ABŞ senatoruna 907 saylı qətnamənin tam yenidən başlanması ilə bağlı müzakirələrə başlamağa təşəbbüs göstərməyi təklif edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan ABŞ-ın müstəqilliyinin 243-cü ildönümü ilə əlaqədar təbrik məktubu ünvanlayıb.

Məktubda ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edən partiya sədri, iyulun 4-də yalnız amerikalılar üçün yox, bütün azad dünya, xüsusilə azadlıq uğrunda mübarizə aparan xalqlar üçün bayram olduğunu qeyd edib.

O, erməniləri məhz belə xalqlardan biri kimi qələmə verib. Qazinyan, Birləşmiş Ştatlarla sabit və ardıcıl inkişaf münasibətlərini erməni xalqının və dövlətinin maraqlarından irəli gəldiyini vurğulayıb.

“Yalnız təbriklərlə kifayətlənə bilməyəcəm, Ermənistan-ABŞ münasibətlərinin inkişafına töhvə verilməsi üçün konkret təkliflərlə çıxış etməliyəm. Bu missiya çərçivəsində bu günlərdə ABŞ Senatının Respublikaçılar partiyasının rəhbəri senator Mitçel Makkonelə rəsmi müraciət etmişəm. Müraciətimdə ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilən “Azadlığa dəstə aktı”nın 907-ci qətnaməsinin tam yenidən başlanması ətrafında ABŞ Senatında müzakirələrə təşəbbüs göstərilməsini tələb etmişəm.

Xatırladım ki, bu qətnamə ABŞ-ın icra hakimiyyətini “azadlığa dəstək aktı” çərçivəsində Azərbaycana hər hansı yardım göstərilməsini qadağan edirdi. Azərbaycan lobbisi, o cümlədən neft şirkətləri də daxil olmaqla 907-ci qətnamənin ləğv edilməsi üçün səy və resurslarını əsirgəməyib.

Bunun nəticəsində kiçik Corc Buşun təşəbbüsü ilə konqresin müvafiq qərarı qəbul edilib. Həmin dövrdə mühafizəkarlar terrorçuluğa qarşı mübarizə çərçivəsində Azərbaycanı vacib logistik şəbəkə olaraq nəzərdən keçirirdi. Bu da qeyd olunan qətnamənin qismən dayandırılmasına səbəb olub”, - deyə o bildirib.

Əlavə olaraq bildirilir ki, ABŞ senatoruna ünvanlanan rəsmi məktuba cavab alındıqda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, 907-ci düzəliş - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   907-düzəliş  


Bizi "telegram"da izləyin