ABŞ səfiri: "Girovların mübadiləsi etimadın qurulması üçün vacib addımdır"

2019/07/45645-1562324299.jpg
Oxunub: 12380     15:18     05 İyul 2019    
ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü keçirməkdən məmnundur".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

"Şadam ki, bu görüşdən sonra növbəti addım bəzi məhbusların mübadiləsi oldu. Bu cür addımlar mövcud olan çətin məsələləri həll etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün lazım olan etimadı yaratmağa kömək edir. Məqsədimiz tərəflərin bu cür hərəkətlərinə dəstək olmaqdır", - o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin son görüşü iyunun 20-də Vaşinqtonda keçirilib. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin