Ermənistan prezidenti hərbi rütbələr verib

2019/07/234-1562312490.jpg
Oxunub: 3635     11:38     05 İyul 2019    
Ermənistan prezidenti Armen Sarkisyan Baş nazirinin təklifini əsas götürərək hərbi rütbələr verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Ermənistan Silahlı Qüvvələri və MTX əməkdaşlarının təltif edilməsi haqqında əmr imzalayıb.

Qeyd olunur ki, Ermənistan Baş nazirinin təklifini əsas götürərək Ermənistan Silahlı Qüvvələrinin rabitə qoşunlarının rəisi- rabitə və avtomatik idaretmə sistemi idarəsinin rəisi polkovnik Temur Noriki Şahnazaryana, Milli Təhlükəsizlik Xidmətinin dövlət mühafizəsi xidmətinin rəisi polkovnik Qriqori Alberti Hayrapetova “general-mayor”, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Onik Viktori Qasparyana isə “general-leytenant” hərbi rütbəsi verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rütbə  


Bizi "telegram"da izləyin