Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrin məlumatına görə, Levon sistemin yenidən qurulması üçün “dağa dırmanır”.
“Yeni təyin olunmuş polis rəisi Levon Mnatsakanyan “sistemin” yenidən qurulması üçün intensiv prosesə başlayıb. Bu proses hərbi “disiplin”ə keçid edərək xarici təhlükəsizlik problemlərini həll etmək üçün polisin mühüm rola malik olmasından ibarətdir”, - deyə “Past” vurğulayır.
Erməni nəşri qeyd edir ki, Mnatsakanyan sistemi “sıxmaq”la nəyəsə nail olmaq istəyir: “Polisin “Facebook” səhifəsində rəsmi bildirişləri fəal xarakter daşıyır, sistemdəki şəxslər isə qeyd edir ki, Mnatsakanyan sistemi “sıxmaq” üçün böyük prosesə başlayıb. Proses sistemə yeni şəxslərin cəlb olunmasına cəhd edərək müddətli hərbi xidmətini yeni başa vuran və ya başa vurmuş gənclərlə fəal işləyir”.
Alpər Mövludoğlu
Ordu.az