Səfirlik panerməni oyunlarında iranlı idmançıların iştirakına münasibət bildirib

2019/07/40877-1561979143.jpg
Oxunub: 8149     15:17     01 İyul 2019    
İranın Azərbaycandakı səfirliyi Xankəndində keçiriləcək panerməni oyunlarında iranlı idmançıların iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Səfirlikdən bildirilib ki, onlarda Azərbaycanın işğal olunmuş ərazilərində panerməni oyunlarının keçirilməsi haqda etibarlı məlumatlar yoxdur.

“İran İslam Respublikasında aidiyyəti orqanlar bu xəbəri təsdiq etməyərək bildirirlər ki, İran dövləti bu addımdan xəbərdar deyil və onu dəstəkləmir. Əgər belə bir hal baş vermiş olsa, bu qeyri-qanuni bir addımdır və dövlət tərəfindən icazəsi verilməyib. Ola bilsin bu hal fərdi qaydada baş versin. İki ölkə arasında dostluq əlaqələrini nəzərə alaraq, iranlı idmançıların fərdi qaydada olsa belə, bu oyunlarda iştirakının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - səfirliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, bu günlərdə Ermənistan mətbuatında avqustun 6-da işğal altında olan Xankəndi şəhərində panerməni oyunlarının açılış mərasiminin keçiriləcəyi və bu oyunlara bir neçə dövlətdən, o cümlədən də İrandan 200-dən artıq idmançının qatılacağı ilə bağlı xəbərlər yayılıb.(APA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xankəndi   Azərbaycan  


Bizi "telegram"da izləyin