Pakistanlı ekspert: Ermənistan Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur

2019/07/malik-1561970453.jpg
Oxunub: 5826     12:31     01 İyul 2019    
“Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi MDB dövlət başçılarının sammiti zamanı imzalanmış Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur”.

Ordu.az xəbər vereir ki, bu sözləri Azernews-a müsahibəsində pakistanlı siyasi ekspert Malik Əyyub Sumbal deyib.

Onun sözlərinə görə, Regional və qlobal qüvvələr bu münaqişənin nizamlanması məsələsinə daha məsuliyyətlə yanaşmalıdır.

“Regional və qlobal qüvvələr Cənubi Qafqazda genişmiqyaslı müharibəyə çevriləcək bu münaqişənin nizamlanması məsələsinə daha məsuliyyətlə yanaşmalıdır”, - deyə o bildirib.

Son dövrlərdə qeydə alınmış erməni təxribatları, xüsusilə də cəbhə xəttində azərbaycanlı hərbçilərin öldürülməsi barədə danışan ekspert qeyd edib ki, Azərbaycan hər zaman müdafiə mövqeyi tutub.

“Azərbaycan hər zaman müdafiə mövqeyi tutub və erməni mövqelərinə hücum etməyib. Ermənistanın Naxçıvana hücum etmək planının mümkünlüyünə gəldikdə isə Ermənistan maddi və maliyyə ehtiyatlarının məhdudluğu səbəbi ilə yeni cəbhə açmaq iqtidarında deyil”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağlıq-Qarabağ   Düşənbə-razılaşması   Malik-Əyyub-Sumbal  


Bizi "telegram"da izləyin