Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur foto jurnalist Reza Deghati, 1992-ci ildə Xocalı faciəsini işıqlandırmaq məqsədi ilə Parisdən Azərbaycana gəlib.
Orada bir müddət qaldıqdan sonra piyada dağlıq əraziləri keçərək Şuşaya gəlir. Reza Qarabağda, Şuşada Azərbaycan əsgərləri ilə təmasda olur və onların şəkillərini fotoaparatının yaddaşına həkk edir:
“Gördüyünüz şəkillər məhz həmin dövrdə çəkdiyim şəkillərdir. Onları paylaşmaqda məqsədim bu şəkillərdəki şəxsləri tapmaqdır. Əgər şəkillərdəki insanları tanıyırsınızsa, onlarla bağlı hər hansı bir məlumatınız varsa “Instagram” və ya “Facebook” vasitəsi ilə mənə məlumat verməyinizi xahiş edirəm”.
Sevinc Əliyeva
Ordu.az