Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Yaponiya Xarici İşlər nazirinin sabiq müavini, professor Mitoci Yabunaka deyib.
Onun sözlərinə görə, Yaponiyanın İranla bağlı vasitəçilik təşəbbüsü rəsmi Tokionun həm Vaşinqtonla sıx münasibətlərinin olması, həm də Tehranla tarixən yaxşı əlaqələrə malik olması ilə bağlıdır.
“Təəssüf ki, Tramp İranla sazişdən çıxmağa qərar verdi. Bu regionda isə sabitlik çox vacibdir. Yaponiya bu məsələyə töhfə verə bilər. Bu təşəbbüsün “Böyük iyirmiliy”in (G20) sammiti ilə heç bir əlaqəsi yoxdur. Bu, daha çox ABŞ və İran arasında baş verənlərlə bağlıdır”, - deyə sabiq nazir müavini bildirib.
O qeyd edib ki, Baş nazir Sindzo Abe yüksək səviyyəli sammitin uğurlu alınması və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan bəyannamənin imzalanması ilə başa çatması üçün hər şeyi edib.
“Sammitin yekununda bəyannamə imzalanmasaydı, bax, bu, uğursuzluq olardı. Bu gün azad ticarət məsələsi hər zamankından daha vacibdir. Sammit iştirakçıları azad ticarətin inkişafı prinsipləri haqqında razılığa gəliblər və bunu uğurlu adlandırmaq olar”, - deyə Yabunaka vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az