Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 11:50 radələrində, Ermənistanın Tavuş vilayətinin Xaçardzan kənd yolunda həmin kəndin sakinləri olan 28 yaşlı Pavel Budağyanın idarə etdiyi 35 ZP 383 nömrəli “Volkswagen Golf” markalı avtomobillə 48 yaşlı Hovakim Xocayanın idarə etdiyi 42 LL 921 nömrəli “VAZ-2016” markalı avtomobil toqquşub.
Məlumata görə, baş vermiş hadisə nəticəsində sürücü Xocayan, onun həmkəndlisi 17 yaşlı S.X və 41 yaşlı Karine Xocayan müxtəlif bədən xəsarətləri alaraq İcevan tibb mərkəzinə yerləşdirilib.
Mənbə qeyd edir ki, Budağyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir, Xocayan isə Xaçardzan kənd orta məktəbində işləyir.
Alpər Mövludoğlu
Ordu.az