Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçu məzuniyyətdən sonra ölüdürüləcəyi səbəbi ilə hərbi hissəyə qayıtmaqdan imtina edir.
Məlumata görə, Ermənistanın Acapnyak rayonundan hərbi qulluğa cəlb olunmuş 19 yaşlı S.Narek, hərbi hissədən qanuni məzuniyyət alaraq evinə gəlib. İyunun 30-da onun məzuniyyəti başa çatıb və o, hərbi hissəyə qayıtmalı idi.
Əsəgərin yaxınları onun hərbi hissəyə qayıtmaq istəmədiyinə görə, Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin psixoloji mərkəzinə müraciət edib. Psixoloji sarsıntı keçirmiş əsgər Muratsan hərbi hospitalına yerləşdirilib. Sözügedən əsgər həmin hospitalda müəyyən bir müddət qaldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi polis əməkdaşları onu Kanaz hospitalına yerləşdirib.
Hazırda əsgərin hərbi hissədə təzyiqlərə məruz qalıb-qalmaması ətrafında araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az