Erməni hərbi qulluqçunu bıçaqlayan şəxs könüllü şəkildə polisə təslim olub

2019/04/timth-1555327945.jpg
Oxunub: 20976     09:25     01 İyul 2019    
Ermənistanda 25 yaşlı müqaviləli hərbi qulluqçunu bıçaqlayan 19 yaşlı şəxs könüllü şəkildə polisə təslim olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 27-si, saat 23:05 radələrində, xəstəxanadan Vağarşabat polis bölməsinə məlumat daxil olub ki, 25 yaşlı bir şəxs sinəsinin sol nahiyəsindən yara aldığı üçün xəstəxanaya müraciət edib.

Müəyyən olunub ki, iyunun 27-si, saat 22:30 radələrində, 19 yaşlı bir gənc Şaumyan kəndində əlindəki bıçaqla sözügedən 25 yaşlı şəxsi bıçaqlayıb.

Zərər çəkmiş 25 yaşlı şəxsin müqaviləli hərbi qulluqçu olduğu bildirilir.

Ona zərər yetirmiş şəxs isə könüllü şəkildə polisə təslim olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Bıçaqlanma  


Bizi "telegram"da izləyin