“Moskva güc amilini təmamilə istisna edə bilməz” - Markedonov

2019/06/00-12-1561884197.jpg
Oxunub: 14286     12:40     01 İyul 2019    
“Rusiya münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün az səylər etmir və bu, müxtəlif formatlarda aparılır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Avroatlantik Təhlükəsizlik Məsələləri Üzrə Mərkəzinin aparıcı tədqiqatçısı, politoloq Sergey Markedonov Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunarkən deyib.

Onun sözlərinə görə, əgər güc əməliyyatları olarsa, o zaman Moskva qeyri-ictimai formada reaksiya verə bilər

“Rusiya münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün az səylər etmir və bu, müxtəlif formatlarda aparılır. Rusiya hər şeydən əvvəl danışıqlar prosesinin fəallaşmasını dəstəkləyir, çünki rus tərəfi danışıqlar prosesində iştirak etməsəydi, təmas xəttindəki hadisələr və problemlər daha çox olardı.

Bu faktı qeyd etmək lazımdır ki, Rusiya 2016-cı ilin aprelində münaqişə zonasındakı hərbi toqquşmaların dayandırılması üçün müəyyən rol oynayıb. Bu, vacib faktordur. Moskva güc amilini təmamilə istisna edə bilməz, çünki konfliktin kökləri Moskvada deyil.

Əgər hərbi əməliyyatlar olarsa, o zaman Moskva qeyri-ictimai formada reaksiya verə bilər, lakin bu, münaqişə tərəflərini öz proqramlarından imtina etməyə məcbur edə bilməz”, - deyə Markedonov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin