Erməni əsgər aprel döyüşləri barədə: “Texnikalarımızın çoxu yolun ortasında qalmışdı”

2019/06/5765_-1561884010.jpg
Oxunub: 24524     13:15     01 İyul 2019    
“Texnikalarımızın çoxu köhnə olduğu üçün bizə gəlib çatmadı”.

Ordu.az xəbər verir ki, bu barədə aprel döyüşləri iştirakçısı Vahaqn Harutyunyan “ArmLur.am” saytı ilə müsahibəsi zamanı bildirib.

Harutyunyanın, aprel döyüşlərinin araşdırılması üçün yaradılan komissiyaya reaksiyası kəskin olub.

“Nəyi araşdırırlar, nə olmalı idisə, olub. Texniklarımızın çoxu yolun ortasında qalmışdı, lazım olan yerə çatmamışdı. Onlar bu barədə hər şeyi bilirlər”, - deyə Harutyunyan qeyd edib.

Jurnalistin “Texnika nə üçün sizə gəlib çata bilməmişdi?” sualına Harutyunyan bu şəkildə cavab verib: “Çünki çox köhnə idi”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   Ölüm  


Bizi "telegram"da izləyin