Azərbaycan NATO PA-nın tanıtım proqramında iştirak edəcək

2019/06/IMG_6-1561835101.jpg
Oxunub: 19424     23:01     29 İyun 2019    
Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.

Ordu.az xəbər verir ki, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə iştirak edəcək.

Eyni zamanda, K.Bayramov təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   NATO-PA  


Bizi "telegram"da izləyin