“Hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksək olaraq qalır” - Qaramyan

2019/06/345-(-1561805024.jpg
Oxunub: 22961     16:23     29 İyun 2019    
“Azərbaycanda hərbi əməliyyatların yenidən başlaya biləcəyi haqda danışırlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri qondarma qurumun “təhlükəsizlik şurasının rəhbəri”, general-leytenant Arşavir Qaramyan Qarabağ məsələsi ətrafında son zamanlar baş verən hadisələri şərh edərkən deyib.

O etiraf edib ki, ermənilər Azərbaycanla mümkün hərbi əməliyyatların yenidən başlaması haqda danışanda nədənsə qorxu hissi keçirirlər.

“Hazırda hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksək olaraq qalır. Azərbaycanda bu barədə birbaşa danışırlar”, - deyə Qaramyan təşvişini gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin