Dövlətin özünü də, dövlətçiliyini də ordusu qoruyur

2019/06/0ce48-1561803431.jpg
Oxunub: 1256     14:42     01 İyul 2019    
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdi. Müstəqil Azərbaycan Respublikasının ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun varisi kimi formalaşdı, gücləndi, nəinki Cənubi Qafqazda, dünya miqyasında da ən güclü ordulardan biri oldu.

Dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordunun gücü dövlətin iqtisadiyyatıyla, dövlətin gücü ordunun qüdrətiylə, qüdrəti gücüylə müəyyənləşdirilir. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxrlə bildirir: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Bu ordunun 101 illiyini qeyd edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Cümhuriyyət ilində Azərbaycan Ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar keçirilib. Xalq bu paradları milli-xəlqi ruhumuzun paradı kmi izləyib.

İndi tarix olan o günlər böyük qürurla, fəxrlə xatırlanmaqdadır. Biz sevgilərlə, bizə düşmən kəsilənlər səksəkəylə, vahiməylə əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradda dedikləri yaxın vaxtlarda gerçəkləşəcək reallığın ifadəsidir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

101 yaşlı Azərbaycan Ordusunun inkişafı özünəməxsus xüsusiyyətlərə malik olmaqla müəyyən mərhələlərdən keçib.

Müstəqilliyin ilk illərində yaradılmış yerli müdafiə batalyonları ordu kimi fəaliyyət göstərməyib. Bu və ya digər ictimai qurumun, hətta fərdin iradəsinə xidmət etdiyi üçün bu batalyonlar nizami ordu kimi formalaşa bilməzdi. Həm də ambisiyalar, peşəkarlığın olmaması, batalyonların siyasi mənsubiyyəti səbəbindən Ermənistan Azərbaycanın yeddi rayonunu işğal edib.

Hakimiyyət səriştəsizliyi respublikada siyasi gərginlik, siyasi gərginliyin nəticəsi kimi vətəndaş qarşıdurması yaradıb. Tarix təsdiqləyir ki, belə vəziyyətlərdə dövlətçiliyi ancaq olduqca həssas, olduqca dürüst, olduqca məntiqli, milli-xəlqi ruha əsaslanan siyasət xilas edə bilər. 1993-cü ilin yayında xalq vəziyyətdən yeganə qurtuluş ümidiylə təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət edib. 15 iyun Azərbaycanın dövlətçilik tarixində Arximed nöqtəsi, istinad nöqtəsi olub. Tarixi şəxsiyyətlər tarixin axarını xalqının, millətinin mənafeyi istiqamətinə yönəldə bilir. Mustafa Kamal Atatürk Türkiyəni xilas edib, Heydər Əliyev Azərbaycanı. Respublikanın iqtisadi inkişafını təmin edən beynəlxalq müqavilələr imzalanıb. İqtisadi inkişaf iqtisadi inkişafın dinamikası ordu quruculuğunu dövlət üçün prioritet məsələlərdən birinə çevirib. Ordu quruculuğu istiqamətində müqayisəyəgəlməz islahatlar həyata keçirilib - yerli müdafiə batalyonları buraxılıb, orduda vahid komandanlıq təmin olundu, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında kifayət qədər təsirli tədbirlər ordunun nizami ordu kimi formalaşmasında əsaslı stimul olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin sərkərdəliliylə o dövr üçün olduqca gərəkli Horadiz əməliyyatı keçirilib. Qələbə ilə nəticələnən bu əməliyyat ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu kükrədib. Azərbaycan əsgəri inandı və ictimaiyyəti inandırdı ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu inam xalqın orduya münasibətinin başlıca tərkib hissəsi olub...

Ulu öndər Heydər Əliyev ordu quruculuğunu dövlət üçün prioritet elan edib, orduya qayğı və diqqət daha da artıb, irimiqyaslı islahatlar həyata keçirilib, yeni hərbi hissələr istifadəyə verilib, əsaslı təmir edilib. Azərbaycan Ordusunun təminatına dünyanın əksər ordularının şəxsi heyəti həsəd apara bilər.

Horadiz əməliyyatından sonra Ali Baş Komandanın ön xətdə, səngərlərdə, əsgər və zabitlərlə müntəzəm söhbətləri, tövsiyələri, sözün əsl mənasında, ordu quruculuğunun dönməzliyinin təsdiqi kimi yaşanılıb. Bu görüşləri, söhbətləri, tövsiyələri əsgər və zabitlər döyüş əzminə, qələbə ruhuna sərkərdə xeyir-duası biliblər.

Bununla da Azərbaycan Ordusunda nizami ordu kimi formalaşma prosesi uğurla davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini də uğurla davam etdirib, Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olunub, hərbi təhsil sistemi bu baxımdan təkmilləşdirilib. Ulu Öndərin sərəncamı ilə yaradılmış Ali Təyyarəçilik Məktəbində hazırlanan yüksək ixtisaslı hərbi pilotlar ən müasir döyüş təyyarələrini, döyüş helikopterlərini məharətlə idarə edir. Bu, 2016-cı ilin Aprel döyüşlərində də, 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlarda da təsdiqlənib.

Azərbaycan Ordusunun pilotlarının nəyə qadir olması son təlimdə də təsdiqlənib. Digər təlimlər kimi, genişmiqyaslı bu əməliyyat-taktik təlim də yüksək səviyyədə keçib. Bu təlimdə bölmələrin gecə şəraitində hücum əməliyyatının aparılması üzrə taktiki fəaliyyəti nümayiş etdirilib. Bu da ordunun gücü baxımından dəyərləndirilməlidir.

Azərbaycanda ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi qulluqçuların vəzifə maaşının artırılması dövlətin orduya növbəti qayğısının geniş ölçülü təzahürüdür. Bu qayğı dönməzdir, daimidir.

Azərbaycanda ordu quruculuğu dönməz prosesdir. Bu proses ordunun döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ulu-Öndər   Heydər-Əliyev  

Dövlətin özünü də, dövlətçiliyini də ordusu qoruyur

2019/06/0ce48-1561803431.jpg
Oxunub: 1257     14:42     01 İyul 2019    