“Azərbaycan 25 ildir danışıqlar prosesində Ermənistana güzəşt edir” - Elibekova

2019/06/345-1561796014.jpg
Oxunub: 5655     17:12     29 İyun 2019    
“Azərbaycan 25 ildir danışıqlar prosesində iştirak etməyə davam edir və bu onların maksimal güzəştidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan məsələləri üzrə ekpert Anjela Elibekova Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri şərh edərkən deyib.

Erməni jurnalistin, “Azərbaycanın Müdafiə naziri aprel döyüşləri haqqında danışıb. Sizin fikrinizcə, Zakir Həsənov nə üçün aprel döyüşlərini xatırlatmağa qərar verib?” sulına Elibeqova bu cür cavab verib:

“Zakir Həsənovun əsas tezisi odur ki, Azərbaycan 25 ildir danışıqlar prosesində iştirak etməyə davam edir və bu onların maksimal güzəştidir. Buna görə də daha Azərbaycandan güzəşt gözləməyə dəyməz.

“İstintaq komissiyasının yaradılması erməni tərəfinin səhvidir?” sulına isə erməni ekspert dəqiq cavab verməyə çalışıb.

“İstintaq komissiyasına münasibətim birmənalı deyil, çünki kifayət qədər peşəkar insanların bura cəlb olunmasını görmürəm. Mənim üçün burada əsas məsələ vəziyyətlə bağlı operativ istintaqdır. Əgər günahkar şəxslər varsa və onlar cəzalandırılmayıbsa, o zaman onlar cəzalanmalıdırlar.

Lakin mənim fikrimcə, bu istintaqı parlamentin deputatları yox, müvafiq cavabdeh orqanlar həyata keçirməldirlər. Deputatların hərbi təhsili yoxdur və aprel döyüşləri haqqında hər hansı təsəvvürə malik deyillər, hətta cəbhə xəttində belə olmayıblar”, - deyə Elibekova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin