Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, bu günlərdə Mikayelyan əlçatmazdır və buna görə də, bu xəbərlər daha subyektiv görünür.
“Bir neçə gündür xəbərlər yayılır ki, “Mənim addımım” fraksiyasının deputatı, "Yerkrapah" hərbi təşkilatının rəhbəri Sasun Mikayelyan “Siyasi Müqavilə” partiyasının iclasında sözügedən partiyanın üzvü seçilmədiyi üçün inciyib və mandatından imtina etməyə hazırlaşır.
Hətta mətbuatda yayılan məlumatlarda onun məsələyə reaksiyası bu şəkildə dərc edilib: “Mandatı üzlərə atacam”. Bu günlərdə Mikayelyan əlçatmazdır. Buna görə də bu xəbərlər daha subyektiv görünür” - deyə nəşr Mikayelyanın niyə əlçatmaz olduğunu aydınlaşdırmaq istəyib.
Erməni nəşri qeyd edir ki, Mikayelyan Abovyan şəhər bələdiyyə başçısını dəstəklədiyini heç vaxt gizlətməyib.
“Mikayelyanın yaxınlarından onun belə bir niyyətinin olduğunu aydınlaşdırmağa çalışdıq. Bizi yüz faiz əmin etdilər ki, onun mandatdan imtina etmək niyyəti yoxdur, lakin Mikayelyan bu gün ölkədə baş verən heç nəyə təəccüblənmir. Əgər hər şey Abovyan şəhər bələdiyyə başçısı seçkiləri zamanı hakim namizədin dəstəklənməməsi ilə əlaqədardısa, o zaman Mikayelyan Abovyan şəhər bələdiyyə başçısını dəstəklədiyini heç vaxt gizlətməyib.
Mikayelyan Abovyan şəhər bələdiyyə başçısına qarşı müharibə elan edən qubernator Romanos Petrosyanı isə uğursuz qubernator hesab edir. Əldə olunan məlumatlara görə, Paşinyan seçilərdən sonra Mikayelyandan üzr istəyib və onun könlünü ələ almağa çalışıb”, - deyə “Hraparak” Paşinyanın siyasi oyun oynadığını qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az