Ermənistanda tabor komandiri hərbi hissənin yanacağını satıb – ƏTRAFLI

2019/06/17_09-1561791568.jpg
Oxunub: 16975     17:38     01 İyul 2019    
İyunun 27-də Tavuş vilayətinin birinci instansiya məhkəməsində Hayk Davtyan, Mamikon Yeqanyan və Arşak Xudaverdyanın istintaq işi başlayıb.

Ordu.az erməni KİV-lərinə itinadən xəbər verir ki, Loru vilayətinin Ahnidzor kənd sakini, 1991-ci il təvvəllüdlü H. Davtyana qarşı ittiham irəli sürülüb.

O, Ermənistan Müdafiə Nazirliyinin Tavuş vilayətində yerləşən hərbi hissələrdən birinin tabor komandiri olmaqla 2019-cu il yanvarın 11-dən, iyunun 24-dək həmin hərbi hissənin döyüş mövqeyində mövqe başçısı olan şəxsdən xidməti istifadə üçün nəzərdə tutulmuş 120 litr yanacağı mənimsəməkdə ittiham edilir.

Tavuş vilayətinin Lusadzor kənd sakini, 1991-ci il təvəllüdlü M. Yeqanyan qeyd edilən hərbi hissənin müqaviləli hərbi qulluqçusu olmaqla, 2019-cu il yanvarın 11-dən iyunun 24-dək həmin hərbi hissənin döyüş mövqeyində Davtyanın icazəsi ilə xidməti istifadə üçün nəzərdə tutulmuş 120 litr yanacağı Tavuş vilayətinin Berkaber kənd sakini A. Xudaverdyana verməkdə ittiham olunur.

Arşak Xudaverdyan isə 2019-cu il yanvarın 23-də, saat 19:00 radələrində 120 litr yanacağı 30 min erməni dramı dəyərində satmaqda ittiham edilir.

Sözügedən şəxslərə qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, xidməti istifadə üçün nəzərdə tutulmuş yanacaq 140 litr olub və az qənaət edilməklə 120 litr qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yanacaq   Oğurluq  


Bizi "telegram"da izləyin