Stanislav Zas yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq

2019/06/234-1561717092.jpg
Oxunub: 7026     14:16     28 İyun 2019    
“Ümidvarıq ki, Stanislav Zas 2020-ci il yanvarın 1-dən etibarən KTMT-nin baş katibi vəzifəsini icra edəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikası Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan iyunun 27-də Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə KTMT Təhlükəszilik Şurasının rəhbərlərinin iclasında deyib.

Onun sözlərinə görə, Zasın 2020-ci il yanvarın 1-dən etibarən KTMT-nin baş katibi vəzifəsini icra edəcəyi ümid edilir.

“Belarus Respublikası Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zasın KTMT-nin Baş katibi vəzifəsinə təyin olunması üçün namizədliyi irəli sürülüb və ümidvarıq ki, o, 2020-ci il yanvarın 1-dən etibarən bu vəzifəni icra edəcək”,- deyə Qriqoryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zas   KTMT  


Bizi "telegram"da izləyin