Sərhədçi zabitimiz qızıl medal qazan­ıb - FOTOLAR

2019/06/photo-1561698813.jpg
Oxunub: 9898     09:32     28 İyun 2019    
Sərhədçi zabitimiz - leytenant Hacı Əli­yev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazan­ıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2019-cu ilin 27 iyun tarixində Belarusun paytaxtı Minsk şə­hərində keçirilən II Avropa oyunlarında Dövlət Sərhəd Xidmətinin “Sər­hədçi” idman olimpiya mərkəzi rəisinin müavini pol­kovnik-leytenant Firdovsi Umudovun rəhbərliyi altında sərhədçi zabitimiz - leytenant Hacı Əli­yev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazan­ıb.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından sərhədçi za­bit­ləri təbrik edir, dövlət bayrağımızı yüksəltdiklərinə, dövlət himnimizi səslən­dirdiklərinə görə minnətdarlığımızı bildiririk!



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Hacı-Əliyev  


Bizi "telegram"da izləyin