Rusiya S-400-lərin Türkiyəyə təslim edilməsi üçün son hazırlıqlarını tamamlayıb - DETALLAR

2019/06/russi-1561641599.jpg
Oxunub: 4993     17:18     27 İyun 2019    
Rusiya S-400 "Triumf" ZRK-larının Türkiyəyə təslim edilməsi üçün son hazırlıqlarını tamamlayıb.

Ordu.az xəbər verir ki, ilk mərhələdə sistemlərin inteqrasiyasını həyata keçirəcək 9 nəfərlik xüsusi qrup Türkiyəyə gələcək.

Rusiya rəsmiləri prosesin yalnız Türkiyəyə nəqletmə hissəsinin gözlənildiyini ifadə edirlər. Nəqliyyat təyyarələri ilə Türkiyəyə gətirilməsi planlaşdırılan S-400 kompleksləri artıq aviabazalardan birinə gətirilib.Rusiyalı texniki heyət isə cümə günü Ankaraya gələcək.

Rusiya S-400 komplekslərinin Türkiyəyə ilk partiyasının nəqlinə artıq hazırdır. Rusiya diplomatik mənbələri təchizatın ən gec iyul ayının 9-a qədər başa çatmasının planlaşdırıldığını bildirir.

Hava ilə reallaşdırılacaq çatdırılma bir neçə gün davam edəcək.

Qeyd edək ki, Türkiyə ilə Rusiya Federasiyası arasında 2017-ci ilin sentyabrında imzalanan müqaviləyə görə, Türkiyə 2.5 milyard dollar qarşılığında Rusiya Federasiyasından 4 ədəd S-400 zenit raket batareyası əldə edib.

Müqaviləyə görə, noyabr ayında ilk kompleks döyüş növbətçiliyinə təyin edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Türkiyə   S-400  


Bizi "telegram"da izləyin