"Həmsədrlər daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdi" - Məmmədyarov

2019/06/65182-1561103389.jpg
Oxunub: 13397     11:41     21 İyun 2019    
“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik".

Ordu.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, üç saat çəkən müzakirələrin ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb.

E.Məmmədyarov görüş zamanı “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib.

O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib.

"Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki vəziyyət yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır", - deyə o qeyd edib.

Nazir indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkdi. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışdı.

“Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi biz əhalini sülhə hazırlamalıyıq”, - deyə E.Məmmədyarov bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin