Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Mənim Addımım” fraksiyasının deputatı Rüstəm Bakoyan parlamentdə Ermənistan Müdafiə Naziri Davit Tonoyana sual ünvanlayıb.
Tonoyan cavabında bildirib ki, yezidilər Ermənistan ordusunda qulluq etsələr də, xaçpərəst deyillər.
“Xaç nişanları erməni kilsəsinin Silahlı Qüvvələrə hədiyyəsi olub və biz birbaşa qayda təyin edərək, erməni xristian hərbi qulluqçuların xaçı necə daşıyacaqlarını müəyyən etmişik. Əgər bizim komandirlər tərəfindən yezidilərə qarşı hər hansı əlavə tələb olubsa, xahiş edirəm əldə edilən məlumatları mənə ötürün”, - deyə Tonoyan sualı cavablandırıb.
Alpər Mövludoğlu
Ordu.az