“Başqa sözlə, Haroyan silah otağında təmizlik işləri aparmırdı, öldürülürdü” – EKSPERT (DETALLAR)

2019/06/21622-1560859448.jpg
Oxunub: 16651     17:52     18 İyun 2019    
Ermənistanda hərbi qulluqçu silah otağında təmizlik işləri aparmadığına görə öldürülüb.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, 2018-ci il oktyabrın 1-də saat 10:50 radələrində işğal altında olan Qarabağda dislokasiya olunan Xocavənd-2 (Martuni-2) adlandırılan hərbi hissədə erməni hərbi qulluqçu Qevork Haroyan öldürülüb.


Qətl hadisəsindən 8 aydan çox vaxt keçməsinə baxmayaraq, ilkin itintaq orqanı ekspertlərin əldə etdiyi müxtəlif yeni faktlara əhəmiyyət vermədən hadisəni intihar həddinə çatdırma maddəsi üzrə araşdırmaqda davam edir.

İntihar hadisəsini şübhə altına alan məqamlar mövcuddur. İstintaq komitəsinin məlumatına əsasən erməni hərbi qulluqçu Haroyan bölüyün silah otağında təmizlik işləri apararkən oradan AK-74 markalı silahı götürüb, döş qəfəsinə atəş açaraq intihar edib.

Yaralanan erməni hərbi qulluqçu hospitala təxliyyə edilsə də, həmin gün saat 15:05-də ölüb. Bu məlumatı istintaq orqanı hadisədən 1 gün sonra yayıb.

Ekspertlər isə ölüm hadisəsindən az öncə döyülmə faktının olduğunu qeydə alıblar. Hadisənin baş verdiyi yerin silah otağı olduğu sübut edilsə də, ekspertlər araşdırma nəticəsində müəyyən ediblər ki, hadisə baş verən məqamda Haroyanın yanında daha 4 hərbi qulluqçu, Avetisyan, Qriqorov, Mxitaryan və Abrahamyan olub.

Ekspertlər qeyd edir ki, xüsusi mühafizə olunan silah otağına eyni vaxtda bu qədər hərbi qulluqçunu kimin ora buraxdığı, orada nə iş gördükləri barədə istintaq orqanı heç bir araşdırma aparmayıb. Bu səhlənkarlığa görə, heç bir məsul şəxsə qarşı cinayət işi açılmayıb. Bunu belə izah etmək olar, ya hərbi hissədə özbaşınalıqdır, ya da hadisə yeri təhrif edilib.

Cinayət işlərinin istintaqı üzrə mütəxəssis, hüquq müdafiəçisi Ruben Martirosyan belə bir qənaətə gəlib ki, hərbi qulluqçu ölümündən öncə döyülüb və vaxtaşırı alçaldılıb.

Məhkəmə tibbi ekspertizasının həkiminin rəyində də göstərilir ki, cəsəd küt alətlə endirilən zərbələr nəticəsində müxtəlif mexaniki zorakılıqlara məruz qalıb.

Həkim yetirilən xəsarətləri ölümündən 7 saat, 3-5 saat və ölümündən qısa vaxt əvvəl yetirilən xəsarətlər olaraq üç vaxt ayrımına bölüb. Ekspert hərbi qulluqçunun döyüldüyünü, sonda isə öldürüldüyünü hesab edir.

“Başqa sözlə, Haroyan silah otağında təmizlik işləri aparmırdı, öldürülürdü”, - deyə Martirosyan qeyd edib.

Qeyd edək ki, erməni hərbi qulluqçunun döyülməsi, alçaldılması barədə anası Armine Beqlaryan da bölük komandiri Lukaş Petrosyanın əsgərlərə qarşı davranışından şikayətlənib.

Ermənistan Baş naziri Nikol Paşinyan ölən hərbi qulluqçuların yaxınları ilə görüşərkən Haroyanın dayısı Armen Beqlaryan da onların arasında olub. Valideynlər qətl törədilən silahların üzərində barmaq izlərinin aşkarlanmaması faktından şikayətləniblər. Paşinyan yüksək texnologiyalar dövründə bunun mümkün olmamasından təəccüblənib.

Nəticədə DNT analizi təyin edilib və barmaq izlərinin olması ehtimalı rədd edilib. Bundan sonra qətl hadisəsi üzrə araşdırmanın tərkibini dəyişmək əvəzinə kompleks psixoloji ekspertizanın təyin edilməsi ekspert Martirosyanı təəccübləndirib.

Məlumata görə, müstəntiq intihar faktının danılmasından sonra Haroyanın psixoloji durumuna diqqət çəkərək hadisəni intihar kimi qələmə vermək üçün əlindən gələni edib.

1-ci qarnizonda istintaqı davam edən cinayət işi üzrə iddia edirlər ki, ilkin istintaq zamanı təkzibedilməz faktlar əldə edilib və sübut olunur ki, Haroyan öz əməlləri nəticəsində özünü öldürüb.

İş üzrə 6 təqsirləndirilən şəxs olsa da öldürülmə barədə cinayət materiallarında heç bir cümlə də yoxdur.

Nəticədə, törədilən cinayət üzrə kiçik çavuş M. Çaxalyana qarşı tabeliyindəkini alçaltma və zorakılıq hərəkətlərinə yol vermə maddəsi üzrə iş açılıb və həbs edilib. Kapitan L. Petrosyana qarşı hakimiyyətindən sui-istifadə etmə, səlahiyyətindən istifadə etməmə maddəsi üzrə iş açılıb və həbs edilib. Kiçik çavuş D. Sarkisyana qarşı ittiham irəli sürülüb və hərbi hissə komandirinin nəzarətinə verilməsinə dair qərar qəbul olunub. Polkovnik M. Badalyana qarşı ittiham irəli sürülüb və yaşayış yerini tərketməmə barədə qərar qəbul edilib. Kiçik çavuş E.Ramadyana qarşı ittiham irəli sürülüb və yaşayış yerini tərketməmə barədə qərar qəbul edilib. Haroyanın döyülmə faktı üzrə əlavə ekspertizanın təyin edildiyi, lakin yekun rəyin hələ verilmədiyi qeyd edilir.

Ekspert intihar maddəsinin qətl törədilməsi maddəsi ilə əvəz edilməyənədək bunu istintaq adlandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin