“Paşinyan-Tonoyan cütlüyünün diletant bəyanatları hərbi əməliyyatlardan 1-2 gün sonra tam dayanacaq” – HƏRBİ EKSPERT

2019/06/pasin-1560852593.jpg
Oxunub: 2528     14:24     18 İyun 2019    
2015-ci ildə Ermənistanda prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçidlə bağlı konstitutsiya dəyişikliyinin Serj Sarkisyanın gələcək seçkilərdə hakimiyyəti təkrar əlində saxlamasına xidmət etdiyi məlum idi. 2016-cı ilin aprel döyüşləri isə Ermənistanın aşkar olaraq məğlub durumda olmasının və artıq xalqın heç bir şərt altında hakimiyyətin təkrarən Serj Sarkisyan tərəfindən mənimsənilməsinə razı olmayacağının ilkin siqnallarını verirdi. 2017-ci ilin əvvəli Ermənistan üçün sakit və sabit bir il olmadı, ilin sonu və 2018-ci ilin əvvəlində isə hadisələrin dinamik inkişafı və etirazlar səngimədi.

Sarkisyanın bundan sonra da hakimiyyətdə qalmasını istəməyən ictimai-siyasi təşkilatlar və sıravi vətəndaşlar parlament binasının önündə etiraz aksiyalarına başladılar. Keçmiş jurnalist, deputat Nikol Paşinyan başçılıq etdiyi müxalifət qüvvələrini martın 31-də Ermənistanın ikinci şəhəri Gümrüdə aksiyaya dəvət etdi və bu aksiya aprelin 13-də İrəvanda vətəndaş itaətsizlik aksiyaları ilə davam etdi. Aprelin 17-də parlament bu etirazlara əhəmiyyət verməyərək Sarkisyanı Baş nazir seçdi. Lakin Sarkisyanın səlahiyyətləri daha da artırılan baş nazir kimi hakimiyyətinə davam etmək planı baş tutmadı. Baş nazir vəzifəsində cəmi bir həftə qalan Sarkisyan hakimiyyəti Paşinyana ötürdü.

Ermənistan daxilində baş verən hakimiyyət dəyişikliyi fonunda cəbhədə təxribatların güclənməsi özünü Naxçıvanda da büruzə verdi. Az müdət sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, 2018-cı il mayın 20-dən 27-nə qədər Muxtar Respublikanın işğal altında olan Şərur rayonunun Günnüt kəndini və ətraf yüksəklikləri azad edərək həm Dərələyəz mahalının Arpa kəndinə, həm də İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti ələ keçirdi. Ermənistan tərəfi bu ərazilərin yenidən ələ keçirmək üçün ciddi cəhd göstərmədi və məğlubiyyəti ilə dərhal barışdı.

2019-cu ilin əvvəlində ciddi və yaddaqalan hadisələr baş verməsə də, sonrakı proseslər göstərdi ki, Ermənistan tərəfi getdikcə daha da azğınlaşır, sarsıdıcı zərbə görmədiyi müddətdə daha da cəsarətlənir.

Paşinyan Qarabağ məsələsində hiyləgərlik edir

2019-cu ilin martın 26-da ilin ilk şəhidini verdik. Həmin gün, axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid oldu. Bundan sonra cəbhə xəttində baş verən proseslər getdikcə ardıcıl xarakter almağa başladı, mülki sakinlərimiz atəşə tutuldu və atəşkəsin pozulması halları yüksəldi.

Nəticədə baş verən hadisələr fonunda Paşinyan qondarma qurumla arasında ciddi problemlərin olduğunu gizlədə bilmədi, sonradan isə belə bir görüntünün bilərəkdən yaradıldığı məlıum oldu. Paşinyan isə keçmiş hakimiyyət nümayəndələrini sosial şəbəkələrdə saxta profillər açmaqda, böyük pullar xərcləyib informasiya vasitələri almaqda və öz KİV-lərində onu yeni hökumət ilə birlikdə torpaq təhvil vermək üçün vəzifəyə gəlməkdə günahlandırıldığını bəyan etdi.

Hakimiyyətə gələn gündən Paşinyan qondarma qurumu danışıqlar prosesinə qoşmaq istəyini gizlətmir: “Mən demişəm ki, Qarabağ məsələsi üzrə danışıqlarda Ermənistan Respublikası adından iştirak etməyə hazıram. Qarabağ adından (qondarma qurum-red.) isə Qarabağ hakimiyyəti iştirak etməlidir”.

Lakin bu cəfəngiyyatı nə Azərbaycan, nə də ATƏT qəbul etmədi. Buna baxmayaraq, erməni Baş nazir eyni bəyanatı iyunun ilk 10 günlüyündə də təkrarladı. Buradan belə bir nəticəyə gəlmək mümkündür: Biz nə qədər məsələyə görüş, danışıq və ya sülh yolu ilə yanaşırıqsa, Paşinyan bir o qədər azğınlaşır, Qarabağı ortaya atmaqla qırmızı xətləri keçir.

Paşinyan Şuşanın işğalı günü torpaqlarımıza gəlib-gedəndən sonra bəyan etdi ki, bəzi şəxslər Qarabağda Azərbaycana qarşı təxribat (yəni nəticədə əraziləri itirib) törədib, məsuliyyəti mənim üzərimə qoymaq istəyir. Görüntü olaraq belə bir mənzərə yaranır: Paşinyan qondarma qurumun danışıqlarda iştirak etməsinə, yəni tərəf kimi tanınması ilə bərabər “Qarabağ klanı”nı qondarma qurumdan uzaqlaşdırmağa çalışır, lakin bunu bacarmadığı üçün müxalifət tərəfindən tənqidə məruz qalır, xəyanətdə günahlandırılır və s. Ardınca Qarabağ cəbhəsində vəziyyət gərginləşir, atəşkəsin pozulması halları artır, əməliyyatlar bərpa edilir, ermənilər bəzi ərazilər itirir və Paşinyan günahkar kimi vəzifədən atılır. Bu əslində ağlabatan proqnoz idi, ta ki Tonoyanın bəyanatına qədər...

Son aylarda atəşkəsin pozulması rəsmən minimum rəqəmlərlə ifadə edilsə də, hər iki tərəfdən itkilər artmağa başlayıb. Mayın 30-da səhər saatlarında ön xətt hərbi hissələrinin tabor komandiri, 36 yaşlı mayor Omarov Aqil Akif oğlu cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən şəhid oldu.

Həm ATƏT Minsk qrupu həmsdrlərinin regiona səfəri, həm də Bakıda UEFA kuboku üzrə futbol matçının final oyununun başa çatması zamanı mayor Aqil Ömərovun qətlə yetirilməsi, XİN rəhbərlərinin görüşü ərfəsində Elşən Xəlilovun şəhid edilməsi, OSA-dan aviasiya vasitəmizə uğursuz raket zərbəsinin endirilməsi və s. kimi təxribatların törədilməsi birmənalı şəkildə sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlarının konstruktiv məcrada davam etdirilməsini istəmir. Bu isə Azərbaycanın danışıqları davam etdirmək niyyətinin perspektivlərini şübhə altına alır.

Nəticədə, iyunun 1-də Xocavənd istiqamətində təxribata cəhd edən erməni əsgər Sipan Melkonyan məhv edildi. Təbii ki, bu, zabitimizin şəhid edilməsinə cavab olaraq qəbul edilə bilməzdi, lakin ardınca Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilovun şəhid edilməsi, Ermənistan Müdafiə naziri David Tonoyanın Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini etiraf etməsi və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafatlandırması bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Buna qədər bir çoxları baş verən hadisələri qondarma qurumun təxribatı kimi, dolayısı ilə Paşinyanın haqlı olduğu kimi qələmə verməyə çalışırdı. Lakin Ermənistanın Baş nazirinə birbaşa tabe olan Müdafiə naziri Tonoyanın son bəyanatı qətllərin sifarişçisinin məhz işğalçı ölkənin rəhbərliyi olduğunu sübut etdi.

Ardından isə iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilərkən Ermənistan silahlı qüvvələri OSA Zenit-Raket Kompleksindən atəş açdı. ZRK-dan buraxılan təxminən 2 ədəd raket hədəfə dəyməyərək havada partladı.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anının aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınması isə bizə hərbi əməliyyatlara başlamaq üçün illərdir gözlədiyimizi - qədim beynəlxalq hüquqdan bizə məlum olan, hərbi əməliyyatları bərpa etmək üçün rəsmi səbəbi hesab edilən “casus belli” əldə etməyə imkan verdi.

“Casus belli” tələb olunan müddətdə ultimatumlara cavab verilmədiyi və ya mənfi (qeyri-kafi) cavab verildiyi, həmçinin əldə olunan razılaşmalarının iştirakçıların biri tərəfindən aşkar şəkildə pozulduqda hərbi əməliyyatlara başlamağa və ya bərpa etməyə imkan verir.

Əvəzində isə iyunun 13-də saat 17:05 radələrində, Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edən 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgenoviç Xaçatryan məhv edildi. İstənilən halda işğalçı əsgərlərin məhv edilməsi, yalnız hansısa konkret hadisəyə görə deyil, davamlı olaraq hər gün həyata keçirilməli və bu danışıqlardan çəkilmək anlamına gəlməməlidir. Buna konkret əsas kimi hansısa son hadisə deyil, BMT tərəfindən tanınan sərhədlərimizin pozulması və 92-ci ildən ərazilərimizin işğal altında saxlanılması göstərilməlidir.

Ümumilikdə baş verən bu hadisələr Paşinyan ilə qondarma qurum arasında Qarabağ məsələsində problemlərin olmadığını, sadəcə belə bir görüntünün bilərəkdən yaradıldığını iddia etməyə tam əsas verir.

Nəticə etibarı ilə Azərbaycan tərəfi son baş verən neqativ hadisələrə, qıcıqlandırıcı bəyanatlara, təxribatlara, o cümlədən zabit və əsgərlərin şəhid edilməsinə, qırıcıya raket atılmasına həddən artıq səbr nümayiş etdirir. Təbii ki, Müdafiə Nazirliyinin özü də hadisələrin gedişatından tam məmnun deyil.

Cənubi Qafqazda ən təhlükəli vəziyyət hazırda Dağlıq Qarabağdadır. Ermənizstanın nümayiş etdirdiyi azğın və əsaslandırılmayan cəsarətli hərəkətləri münaqişənin yenidən alovlanması ehtimalının çox yüksək olduğunu göstərir.

Böyük ehtimalla, hər iki ölkənin Xarici İşlər nazilərinin ABŞ-da ikitərəfli görüşündə baş verən hadisələrə aydınlıq gətirilməyəcəyi və proseslərdə müsbət dinamika müşahidə edilməyəcəyi təqdirdə planı əbvvəlcədən hazırlanan bəzi radikal tədbirlərin həyata keçirilməsi labüdləşəcək. Ermənistanın son aylardakı özünü olduğundan böyük göstərmək cəhdlərinin cavabsız qalmayacağını son aylarda bütün istiqamətlər üzrə keçirilən irimiqyaslı və ikitərəfli hərbi təlimlər də təsdiq edir. Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyət münaqişənin alovlanacağı təsəvvürünün tam formalaşmasını başa çatdırıb. Hadisələrin arzuolunmayan dinamikada və yalnış istiqamətdə inkişafı isə heç bir variantın, o cümlədən Ermənistan üçün qətiyyətlə əlverişli olmayacaq hərbi əməliyyatların bərpasını istisna etmir.

Ermənistan rəhbərliyi gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında bütün parametrlər üzrə, o cümlədən insan resursları və silah sistemləri üzrə nisbət birmənalı olaraq Bakının xeyrinədir və belə bir vəziyyətdə İrəvan üçün müharibə variantı ən təhlükəli seçimdir. Bunu Tonoyan dilinə gətirsə də ağlından keçirə bilməz. Deməli Ermənistan üçün ən arzuolunmayan variant hərbi əməliyyatların bərpasıdır, bu isə eyni zamanda Azərbaycan üçün alternativsiz ən uyğun seçimə çevrilir. Çünki 25 ildir davam edən “Nə hərb, nə sülh” vəziyyəti də öz resursunu uğursuz olaraq tam başa vurub. Artıq hər kəs yaxşı başa düşür ki, Azərbaycanın hərbi əməliyyatları bərpa etməkdən başqa yolu qalmayıb. Ermənistanın nisbətən məhdud potensialı fonunda Paşinyan-Tonoyan cütlüyünün diletant bəyanatları hərbi əməliyyatlar bərpa ediləndən 1-2 gün sonra tam dayanacaq, çünki verilən bəyanatlar və real hərbi qüvvələr arasında əks mütənasiblik mövcuddur. Bu mənada Paşinyanın danışıqlarda konstruktiv mövqe nümayiş etdirməkdən başqa real çıxış yolu qalmır, əks halda müharibə qaçılmazdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Müharibə  

“Paşinyan-Tonoyan cütlüyünün diletant bəyanatları hərbi əməliyyatlardan 1-2 gün sonra tam dayanacaq” – HƏRBİ EKSPERT

2019/06/pasin-1560852593.jpg
Oxunub: 2529     14:24     18 İyun 2019    