Ordumuzun silahlanmasında mövcud olan P-18 radarı - HƏRBİ ESKPERT

2019/09/65-6270048348.jpg
Oxunub: 1441     11:43     04 Sentyabr 2019    
P-18 "Terek" - (Birləşmiş Ştatlar və NATO təsnifatlandırılmasında - "Spoon Rest D", GRAU indeksi - 1RL131) metrlik dalğa diapazonunda dairəvi görünüşə malik mobil iki koordinatlı radiolokasiya stansiyasıdır.

Tarixi

P-18 radarının prototipi P-12 "Yenisey" erkən xəbərdarlıq radarının təkmilləşdirilmiş versiyası olan P-12NA radarıdır.

P-18 avadanlıqlarını yeni element bazasına köçürərək P-12MP radarının bazasında yaradılıb. Eyni zamanda, radar həmin dövrdə yeni yaradılan "Kremni-2M" təyyarələrin dövlət mənsubiyyətinin müəyyənləşdirmə sistemi ilə uyğunlaşdırıldı. Müvəffəqiyyətli sınaqlardan sonra yeni P-18 radarı 1971-ci ildə Sovet ordusu tərəfindən silahlanmaya qəbul edildi.

Rusiyada P-18M radarları 2007-ci ilə qədər ordu hissələrinə çatdırılıb. Hazırda Rusiya "Nebo" (Səma) ailənsinin metrlik diapazonlu RLS-lərini istehsal edir.

Məqsəd və xüsusiyyətləri

P-18 "Malaxit" radarı görünüş zonası daxilində hava hədəflərinin, o cümlədən stels texnologiyalıların vaxtında aşkarlanması və izlənilməsi, onların dövlət mənsubiyyətinin müəyyənləşdirməsi (1L22 "Parol" radarı - "özümün-özgənin" və ya "dost-düşmən" hədəfləri tanıma sistemi) və koordinatlarını (məsafə və azimutu) hava şəraiti haqqında məlumat tələb edənlərə təqdim etmək üçün nəzərdə tutulub.

Xüsusiyyətləri

P-12 radarından fərqli olaraq, P-18 hava hədəflərinə zərbə endirən yerüstü atəş vasitələrinə daha dəqiq hədəf göstərilməsini və qırıcı aviasiyanın düşmən təyyarələrinə yönəldilməsini təmin edir. Bundan əlavə, bu stansiyanın radio-elektron maneələrdən qorunması da artırılıb.

1979-cu ildən P-18 stansiyanın tərkibinə yeni "özümün-özgənin" sorğulama qurğusu əlavə edilib və digər bir avtomobil bazasına yerləşdirilib. Yüksək texniki xüsusiyyətlər, istismar asanlığı, etibarlılığı və yüksək hərəkətliliyi P-18 radarının bir çox ölkələrin, o cümlədən Azərbaycan HHM qoşunlarının istifadəsində yer almasına şərait yaradıb.

Bütün radar avadanlıqları iki avtomobilin özüyeriyən bazasına yerləşdirilir. Onlardan birinə operatorların iş yerləri ilə elektron avadanlıqlar yerləşdirir, ikincisi isə anten maçta qurğusunu (AMU) daşıyır. Avtonom elektrik təchizatı üçün, iki ədəd AD-10 (4S 8,5/11) dizel aqreqatı qoşquda yerləşdirilir. Əlavə olaraq, ZRK-nın komandiri üçün kabində daşınan dairəvi müşahidə göstəricisi qurşdırılır.

P-18 radarının texniki xüsusiyyətləri

MiQ qırıcılarının aşkarlama diapazonu (müdaxilə şəraitində):

500 m yüksəklikdə - 60 (40) km-ə qədər;
10000 m yüksəklikdə - 180 (90) km-ə qədər;
20000-27000 m yüksəklikdə - 260 (170) km-ə qədər.
Aktiv səs-küy müdaxiləsi zamanı hədəf aşkarlanmır.
Müşayiət edilən hədəflərin sayı: 10 ədəd;
Data yeniləmə tempi: 10-30 saniyə.

Koordinat müəyyənləşdirilmə dəqiqliyi:

məsafəyə görə 1800 m (modernləşmədən sonra 1400 m);
azimuta görə - 6° (modernləşmədən sonra 47').

Bastırma nisbəti:

aktiv səs-küy müdaxiləsini - 0;
passiv müdaxiləni - 20 dB;
Yerləşmə müddəti - 45 dəqiqə;
Güc istehlakı - 10 kVt;
Heyət - 7 nəfər (modernləşmədən sonra 4 nəfər);
Qəzaya qədər orta fəaliyyət müddəti - 140 saat.

Bu RLS-lər bir çox MDB və Şərqi Avropa ölkələrində aktiv istismardadır, bəzi MDB ölkərində isə onların müxtəlif səviyyəli modernləşdirilməsi həyata keçirilib.

Belarus

2008-ci ildə P-18 radarını Balarus müdafiə kompleksi P-18BM səviyyəsinə qədər modernləşdirdi. "Tetraedr" tədqiqat və istehsal müəssisəsi isə P-18 bazasında iki ədəd KAMAZ yük maşını şassisində yerləşdirilən TRS-2D radarının modernləşdirilmiş versiyasını da hazırladı.

Qazaxıstan

Qazaxıstanın Almatı şəhərində yerləşən "Qranit" Xüsusi Texniki Konstruktor Bürosu isə hava hücumundan müdafiə qoşunlarının maraqları üçün P-18 radarının servisini, təmirini və P-18M səviyyəsinə qədər modernləşdirilməsini təmin edir.

Rusiya

P-18-2 radarı 2005-2013-cü illərdə LEMZ və NITEL ASC-ləri tərəfindən hazırlanıb və burada məlumatların rəqəmsal emalından istifadə edilir.

Bu radarların MiQ qırıcılarını 200 W/MHz aktiv səs-küy sıxlığı zamanı aşkarlama məsafəsi:

3000 m yüksəklikdə - 84 km-ə qədər;
10000 m yüksəklikdə - 150 km-ə qədər;
20000-27000 m yüksəklikdə - 162 km-ə qədər.
Müşayiət edilən hədəflərin sayı - 120 ədəd;
Data yeniləmə tempi - 10 s;
Koordinat müəyyənləşdirilmə dəqiqliyi - 250 m.

Basdırma əmsalı:

Aktiv səs-küy müdaxiləsi - 23 dB;
Passiv müdaxilə - 26 dB;
Güc istehlakı - 10 kVt;
Qəzaya qədər orta fəaliyyət müddəti - 800 saat.

Radar, günün istənilən vaxtında, küləyin 30 m/s-ə qədər sürətində və ətraf mühitin xarici temperaturunun -50 ilə +50 dərəcə selsi arasında dəyişməsi şəraitində işləyə bilər.

Ukrayna

2002-ci ildə Ukrayna Müdafiə Nazirliyinin sərəncamına əsasən "Ukrspetsteknika" holdinq kompaniyası P-18-in çoxkanallı məkan-zaman rəqəmsal siqnal emalının həyata keçirilməsi üçün ciddi elmi-tədqiqat işləri həyata keçirdi.

Bu məqalədə P-18 MU radarına xüsusi diqqət yetirəcəyik, çünki Ukrayna mütəxəssisləri tərəfindən məhz bu səviyyəyə qədər modernləşdirilən radarlar HHM qoşunlarımızın gündəlik döyüş növbətçiliyi fəaliyyətlərində aktiv tətbiq edilir. P-18 radar stansiyasının modernləşdirilməsi, onun texniki və sistem parametrlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, müdaxiləyə qarşı etibarlılığı və toxunulmazlığını artırdı. Radarın aktiv maneələrdən müdaxilədən qorunması təmin edilib, elektrovakum cihazların yarımkeçirici elementlər ilə əvəz edilməsi istismar etibarlılığını yüksəldilib, hədəflərin çox sayda olduğu halda informasiya emalı imkanları artırılıb, rəqəmsal olaraq işlənən siqnalların emalı və monitor ekranlarında məlumatların nümayiş etdirilməsi nəticəsində radarların passiv və qeyri-sinxron maneələrdən qorunması yaxşılaşdırılıb. Yeni blokların resurslarını artıraraq əməliyyat xərclərini və RLS-in enerji istehlakını azaltmaq mümkün olub.

Modernləşmədən sonra P-18 MU radarının taktiki texniki xüsusiyyətləri

Düşmən 10000 metr yüksəklik və 200 km məsafədən, 4 ədəd maneə yaradan qurğunun köməyi ilə 200 Vt/MHz aktiv səs-küy maneə sıxlığı yaratdıqda, MiQ qırıcıları üçün aşkarlama məsafəsi əvvəl 0-a bərabər olsa da, modernləşmədən sonra isə 3000 metr yüksəklikdə bu rəqəm 80 km-ə, 10000 metr yüksəklikdə 150 km-ə, 20000 metr yüksəklikdə isə 165 km-ə çatdırıldı.

Basdırılan maneə istiqmətləri də mövcud deyildi, hazırda isə bu ədəd 4-ə bərabərdir. Maneə yaradan istiqamətlərin pelenqlə koordinatları isə artıq məsafə dəqiqliyi itirilmədən təyin edilir. Yerli obyektlərdən əksolunma dəqiqliyi 20 dB-dən 28 dB-yə çatdırılıb. Passiv maneə şəraitində fəaliyyət zonası 0-255 km diapazonundan 0-300 km-ə qədər artırılıb.

Basdırılan qeyri-sinxron müdaxilə sayı 10-dan 20-yə çatdırılıb. Paralel olaraq basdırılan qeyri-sinxron və passiv manələrin sayı isə azı iki dəfə artırılıb.

Hazırda radiolokasiya məlumatlarının avtomatik işlənməsi və hədəf marşrutlarının formalaşması təmin edilir.

Bir operator tərəfindən 10 saniyə ərzində emal edilən hədəflərin sayı 10-dan 120-yə (avtomatik rejimdə) çatdırılıb.

Hava və ballistik hədəflərin kəşfiyyatı üçün nəzərdə tutulan P-18MU radiolokasiya stansiyasının əsas üstünlükləri:

- Yüksək olmayan istismar xərclərinə baxmayaraq yüksək taktiki texniki xüsusiyyətləri;
- Sadəliyi və etibarlılığı;
- Tətbiq edilən texniki qərarların metrlik dalğa uzunluğunun üstünlükləri ilə uyğunlaşdırılması;
- Rəqabətqabiliyyətli qiymət/keyfiyyət göstəriciləri;
- Son 30 il müddətində radarların populyarlığını itirməməsi.

Yeni imkanları:

- Aktiv müdaxilələrin kompensasiya edilməsi;
- Siqnalların rəqəmsal emalı;
- Hədəflərin avtomatik aşkarlanması və izlənməsi;
- Hədəf sürətinin ölçülməsi;
- Aşkar edilən və izlənilən hədəflər barədə məlumatların avtomatik ötürülməsi.

İstismarının nisbətən ucuz qiyməti, sadə və etibarlı olmasına baxmayaraq bu radiolokasiya stansiyaları yüksək texniki xüsusiyyətlərə malikdir. Fəaliyyət diapazonunun dalğa uzunluqlarının üstünlükləri ilə texniki həllərin uyğunlaşdırılması təkmilləşdirilən P-18 radarının geniş yayılmasını təmin edib.

P-18-in texniki cəhətdən təkmil olması təzahürlərindən biri də radarın modernləşmə imkanlarıdır. Bu imkanlar sayəsində müasir element bazasına keçidi, mikroprosessor texnologiyasının tətbiqi, rəqəmsal siqnal emalında son nailiyyətlərin tətbiqi mümkün olub.

P-18 radarının modernləşdirilməsinin əsas istiqaməti analoq əvəzinə rəqəmsal siqnal emalının tətbiq edilməsindən ibarət oldu, bu isə:

- Passiv müdaxilənin qarşısının alınması səmərəliliyini artırmağa;
- Ballistik və hava hədəflərin aşkar edilməsi prosesini avtomatlaşdırmağa;
- Marşrutların avtomatik bağlanması və hədəf izləmə rejiminin tətbiqinə;
- RLS-in burxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıtmağa;
- RLS tərkibinə təhlükəsiz kabel və radio rabitə kanalları vasitəsilə uzaq istifadəçilərə avtomatik;
- Məlumatların ötürülməsini həyata keçirməyə imkan verən avadanlıqlarının əlavə edilməsinə;
- Aktiv səs-küy maneələrini kompensasiya edən kanalının tətbiqinə;
- Elektrovakum ötürücülərinin sərt tranzistorla əvəz edilməsinə imkan verdi.
- RLS müştərinin tələblərinə uyğun olaraq müşayiət olunan hədəflərin dövlət mənsubiyyətini təyin edən identifikasiya avadanlıqları ("özümün-özgənin" və ya "dost-düşmən" sistemi) ilə təchiz edilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: P-18   Radar  

Ordumuzun silahlanmasında mövcud olan P-18 radarı - HƏRBİ ESKPERT

2019/09/65-6270048348.jpg
Oxunub: 1442     11:43     04 Sentyabr 2019    