Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin doğum günüdür

2019/05/60917-1558612303.jpg
Oxunub: 835     15:44     23 May 2019    
Bu gün "İgid Əsgər" mahnısının həsr olunduğu Milli Qəhrəman Yusif Mirzəyevin doğum günüdür.

Ordu.az xəbər verir ki, Milli Qəhrəman 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə, Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. 1 uşaq atası Yusif könüllü olaraq cəbhəyə yollanır.

Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür. Lakin böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə olmağa razı sala bilirlər. O, Şəmistan Əlizamanlı ilə bir otaqda müalicə alır. Onun vəziyyətini yaxından izləyən həkimi Yusif üçün bir mahnı yazır. Dinlədikdən sonra mahnını çox bəyənən Mirzəyevə Şəmistan Əlizamanlı mahnını ifa edəcəyinə və ona həsr edəcəyinə söz verir. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və yenidən cəbhəyə yollanır.

"Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir".

Bakıda Yusifə müxtəlif vəzifələr təklif edilsə də, o, razı olmur. 1993-cü il fevralın 19-da Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olur. O, Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.

Şəmistan Əlizamanlı isə söz verdiyi "İgid Əsgər" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edir.

Şəhidin Naxçıvan şəhərində büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilib, qarşısında büstü qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhrəman   Yusif-Mirzəyev  

Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin doğum günüdür

2019/05/60917-1558612303.jpg
Oxunub: 836     15:44     23 May 2019    