“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub - VİDEO (FOTOLAR)
Oxunub: 27919
14:20
23 May 2019
Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.
Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.