Ermənistanda polis qoşunlarının yeni komandanı təyin edilib

2019/05/45645-1558601397.jpg
Oxunub: 510     13:49     23 May 2019    
Ermənistan polis qoşunlarının yeni komandanı, polis rəisinin müavini təyin edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidentinin əmri ilə Vahe Qazaryan Ermənistan polis qoşunlarının komandanı, polis rəisinin müavini təyin edilib.

Bildirilir ki, erməni polkovnik Vahe Qazaryan bu vəzifəyə təyin olunanadək Tavuş vilayətinin idarə rəisi olub. O, həmçinin keçmişdə polisin Dilican vilayət idarəsinin rəisi vəzifəsində də çalışıb.

Qeyd edək ki, bundan öncə bu vəzifəni Lyova Yeranosyan tuturdu. O, hazırda 2018-ci ilin aprel hadisələrində xüsusi vasitələrin şüurlu şəkildə tətbiq edilməsi, səlahiyyət həddini aşması, vətəndaşlara ciddi zərər vurması, onların qanuni hüquqlarının pozulması, o cümlədən diqqətsizlikdən ağır nəticələrə səbəb olma maddələri üzrə ittiham edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis-qoşunları  

Ermənistanda polis qoşunlarının yeni komandanı təyin edilib

2019/05/45645-1558601397.jpg
Oxunub: 511     13:49     23 May 2019    