Təmas xəttində Respublika Günü münasibəti ilə tədbir keçirildi

2019/05/dc545-1558593488.jpg
Oxunub: 661     10:36     23 May 2019    
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində 28 May Respublika Günü münasibəti ilə tədbir keçirildi. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbiri giriş sözü açan hərbi hissənin zabiti Qənbər Orucov bildirdi ki, xalqımız 28 May Respublika Gününü hər il böyük təntənə ilə qeyd edir. Həmin gün - 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələri ilə müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdı.

“Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında tətbiq etməyin ilk təcrübəsi idi. Müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin beynəlxalq aləmdə yaranmış gərginlik, eləcə də Azərbaycan Demokratik Respublikasının Şimalında yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilmədi. 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən ilhaq edildi”.

Natiq onu da qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ordu nizami ordu kimi formalaşdırıldı. Azərbaycan dövlətçiliyi xilas edildi, mühüm beynəlxalq müqavilələr imzalandı. Bunlar Azərbaycanın dövlət olaraq möhkəmlənməsini təmin etdi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün sahələr üzrə uğurla davam etdirir...

Tədbir diskussiya formatında sona çatdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-hissə   Respublika-Günü   Tədbir  

Təmas xəttində Respublika Günü münasibəti ilə tədbir keçirildi

2019/05/dc545-1558593488.jpg
Oxunub: 662     10:36     23 May 2019    