Ordu.az “Jamanak”a istinadən xəbər verir ki, bir neçə gün öncə məşhur erməni iş adamlarından birinin fərdi evində Qarabağ generaliteti və erməni oliqarxiyasının nümayəndələri toplanış keçiriblər.
“Toplanışı Qarabağdakı hərbi birləşmə komandirinin keçmiş müavini general Samvel Karapetyan - Oqanovski təşkil edib. Toplanış iştirakçıları Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətinin məğlubiyyətə uğradılması üçün hər şey etməyə and içiblər. Toplanışda, həmçinin Samvel Aleksanyan da iştirak edib”, - deyə qəzet yazır.
Alpər Mövludoğlu
Ordu.az