Skakov da İrəvana qarşı çıxdı: “Hər dəfə inqilabla məşğul olmaq olmaz, bu artıq normal hal deyil”

2019/05/37330-1558078851.jpg
Oxunub: 1328     17:12     22 May 2019    
“Paşinyanın güc strukturlarını, məhkəmə orqanlarını dəyişməyə nail ola bilmədiyi faktdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Skakov son günlərdə Ermənistanda baş verən daxili-siyasi proseslərə toxunarkən deyib.

Onun sözlərinə görə, Paşinyanın güc strukturlarını, məhkəmə orqanlarını dəyişməyə nail ola bilmədiyi aydın şəkildə görünür.

“İnqilab aydın, yekun əldə edildikdə yaxşı haldır. Lakin Paşinyanın güc strukturlarını, məhkəmə orqanlarını dəyişməyə nail ola bilmədiyi faktdır. İnqilab prosesləri bir gün başa çatmalıdır. Fasiləsiz inqilabla məşğul olmaq olmaz, bu artıq normal hal deyil. İctimaiyyət davamlı inqilab və ideyalardan yorulur. İnqilab öz məqsədinə nail oldu və hakimiyyət dəyişdi. Bunu yekunlaşdırmaq və normal işə başlamaq lazımdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, məhkəmə tərəfindən Ermənistanın ikinci prezidenti Robert Köçəryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında hökm verildikdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan inqilabın ikinci mərhələsinin başlandığını qeyd edərək, erməniləri bütün məhkəmə orqanlarının girişlərini mühasirəyə almağa çağırış edib.

Daha sonra o, məhkəmə orqanlarında islahatlar proqramı ilə bağlı çıxış edərək, hakimlərin atestasiyaya cəlb edilməli olduqlarını qeyd edib.

Ötən gün məlum oldu ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, keçmiş Baş nazir müavini Armen Qevorqyan, 2008-ci ildə Ermənistanın Müdafiə nazirinin müavinləri olan Seyran Ohanyan və Yuri Xaçaturovla bağlı cinayət işlərinin icraatı da məhkəmə qərarına əsasən dayandırılıb və Konstitusiya məhkəməsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İnqilab   Məhkəmə  

Skakov da İrəvana qarşı çıxdı: “Hər dəfə inqilabla məşğul olmaq olmaz, bu artıq normal hal deyil”

2019/05/37330-1558078851.jpg
Oxunub: 1329     17:12     22 May 2019    