Ordu.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Ermənistan parlamentində aprel döyüşləri ilə bağlı istintaq komissiyası yaradılmayacaq.
Nəşrə görə, parlamentin nizamnaməsi haqqında qanunu ilə müdafiə və təhlükəsizlik sahəsində istintaq komissiyası səlahiyyətlərini deputatların 3/1-nin tələbi ilə yalnız parlamentin səlahiyyətli daimi komissiyası həyata keçirə bilər.
Yəni, indiki məqamda bu funksiyanı Ermənistan parlamentinin müdafiə, təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyası, komissiyanın sədri Andranik Köçəryan başda olmaqla həyata keçirə bilər.
Alpər Mövludoğlu
Ordu.az