Rusiya EA-nın prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub - FOTO

2019/05/15584-1558508603.jpg
Oxunub: 18336     11:26     22 May 2019    
Ölkəmizə səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

“Azərkosmos” ASC-dən Ordu.az-a bildirilib ki, görüşdə qonaqlara qurumun fəaliyyəti, idarəçiliyində olan peyklər barədə məlumat verilib. Qonaqlar, həmçinin “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos”un kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi sahəsində həyata keçirdiyi layihələr barədə məlumatlandırılıb.


Aleksandr Sergeyev Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləyib. Həmçinin kosmik sahədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   EA   Azərkosmos  


Bizi "telegram"da izləyin