Əsir, hərbi əsir və girov anlayışları barədə nə bilirik? - HƏRBİ EKSPERT

2019/08/11124-1566198208.jpg
Oxunub: 932     10:45     19 Avqust 2019    
Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib.

Bu konvensiyalardan biri isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.

Əsir - döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə azadlığı məhdudlaşdırılan şəxsə deyilir. Sadə dillə desək, döyüş əməliyyatlarında ələ keçirilən mülki vətəndaşlar "əsir", Silahlı Qüvvələrdə xidmət edənlər isə "hərbi əsir" adlandırılır.

Düşmən tərəfindən ələ keçirilən insanlarla davranış qaydalarını, onların hansı halda "əsir" və ya "hərbi əsir" adlandırılmasına aid müddəaları araşdırmaq üçün beynəlxalq konvensiyaların tələblərinə müraciət etmək vacibdir.

Cenevrə Konvensiyasının 3-cü maddəsi Beynəlxalq səviyyədə olmayan silahlı münaqişələr baş verdikdə hər iki tərəfin aşağıdakı qaydaları tətbiq etmək məcburiyyətində olduğunu əks etdirir:

Hərbi əməliyyatlarda birbaşa iştirak etməyən şəxslərə, həmçinin Silahlı Qüvvələrdən olan, lakin silahı yerə qoyaraq hərbi əməliyyatlarda xəstəliyi, yaralanması, saxlanılması və ya istənilən digər səbəbdən iştirakını dayandıranlara istənilən halda insani münasibət göstərilməlidir.

1. Dərisinin rənginə, dininə, inancına, mənşəyinə, cinsinə, əmlak vəziyyətinə və ya hər hansı bir oxşar meyarlara görə yuxarıda göstərilən şəxslərə münasibətdə aşağıdakı hərəkətlər hər zaman və hər yerdə qadağan edilir:

a) insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s;
b) girov götürmə;
c) insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış;
d) sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək.

2. Yaralılar və xəstələr toplanmalı, onlara kömək göstərilməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsi kimi tərəfsiz humanitar təşkilatlar münaqişə tərəflərinə öz təkliflərini təqdim edə bilər.

Maddə 4. Bu Konvensiyaya görə, rəqib hakimiyyətinə əsir düşən aşağıdakı kateqoriyalardan olan insanlar:

1) Münaqişədə iştirak edən Silahlı Qüvvələrin şəxsi heyəti, bu qüvvələrə daxil olan könüllü dəstələr.
2) Digər könüllü qurumların əməkdaşları, partizanlar, mütəşəkkil müqavimət hərəkatının personalı, qarşıdurmada iştirak edən tərəflərdən birinə aiddirsə və aşağıdakı şərtlərə cavab verirsə:
a) tabeliyində olanlara məsul olan rəhbər şəxs (komandir) mövcuddursa,
b) uzaq məsafədən aşkar görünən müəyyən fərqlənmə nişanları daşıyırsa,
c) aşkar silahlıdırsa,
d) müharibənin qanun və adətlərinə riayət edirlərsə "hərbi əsir" hesab olunur.

3) Bu maddə heç bir şəkildə tibbi-sanitar və ruhani statusu olan personala aid edilə bilməz.

Maddə 5. Bu Konvensiya 4-cü maddədə göstərilən şəxslərə düşmən hakimiyyətinin əlinə düşdükləri andan etibarən, onların buraxılması və ya geri qaytarılmasına qədər tətbiq edilir.

Hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar bu Konvensiya ilə qorunur.

Sadalanan şərtlər mövcud olduqdan və ya təsdiqləndikdən sonra ələ keçən şəxslərə qarşı hərbi əsir rejimininin tətbiqi reallaşa bilər.

Yekun olaraq hərbi əsirin - tərkisilah edilən düşmən olduğunu, onların hərbi əsirlər ilə rəftara dair Konvensiyanın tələbinə görə dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlətin onların taleyinə görə tam məsuliyyət daşımalı olduğunu qeyd etmək vacibdir.

Bu hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır və onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz.

Müharibə zamanı mülki əhalinin müdafiəsi üçün qəbul edilən Beynəlxalq hüquqi aktlar arasında quru əməliyyatlarının qanun və adətləri haqqında IV Haaqa Konvensiyası, Mülki əhalinin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və ona əlavə edilən Protokol kimi sənədlər mövcuddur. Bütün beynəlxalq aktlarda mülki şəxslərin hərbi əməliyyatlarda iştirakı qadağan edilir, onların hərbi əməliyyatların obyektinə çevrilməsinin yolverilməz olduğu vurğulanır, onların fiziki toxunulmazlığına və həyatlarına qarşı edilən istənilən qəsd beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qiymətləndirilir. Bu hüquqi sənədlər, eyni zamanda, mülki əhalinin girov götürülməsini də qadağan edən əməllər sırasına aid edir.

Qeyd etdiyimiz kimi, hərbi əsir döyüşən dövlətlərin Silahlı Qüvvələri ilə birbaşa əlaqədardır, girov isə adətən hərbi əməliyyatlar zonasını müəyyən səbəblər üzündən tərk edə bilməyən və hərbi əməliyyatlarda birbaşa iştirak etməyən mülki şəxslərin düşmən silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlıdır. Beynəlxalq hüququn əsas mənbəsi hesab olunan IV Cenevrə Konvensiyası və digər beynəlxalq hüquqi aktların silahlı münaqişələr zamanı mülki şəxslərin girov götürülməsini və saxlanılmasını qadağan etməsinə baxmayaraq, biz Dağlıq Qarabağ münaqişəsində erməni tərəfinin davranışlarında bunun tam əksini müşahidə edirik.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2018-ci ilin avqustun 1-nə 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır.

İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə (uşaq - 67 nəfər, qadın - 265 nəfər, qoca - 324 nəfər) mülki şəxslərdir.

Əsir və ya girov götürülməsi barədə məlumatlar daxil olan şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşkil edir. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər) mülki şəxslər təşkil edir.

Əsir və girovluqdan azad edilən şəxslərin sayı 1476 nəfərdir. Onlardan 1113 nəfəri kişilər, 363 nəfəri qadınlardır. Əsir və girovluqdan azad edilmiş şəxslərin 362 nəfəri hərbçilər, 1114 nəfəri isə (uşaq - 223 nəfər, qadın - 363 nəfər, qoca - 224 nəfər) mülki şəxslərdir.

Azərbaycan tərəfinin əldə etdiyi məlumatlar göstərir ki, bu siyahıda olan insanların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Bu günə qədər siyahıda olanların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur.

2014-cü il iyulun 11-də Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov , Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün getdilər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov güllələnərək öldürüldü, Dilqəm Əsgərov və Şahbaz Quliyevi isə öz torpaqlarında, Kəlbəcərdə girov götürüldü.

2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edildi. İşğal altında olan Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" quruldu. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olundu.

Əslində işğalçı Ermənistan bu hadisəyə qədər də dəfələrlə 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq öz torpağında girov götürdükləri mülki vətəndaşlara qarşı qəddar və amansız davranıb, onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetiriblər. Mülki əhalinin girov götürülməsi qadağan olunduğu üçün Ermənistan hakimiyyəti onların "hərbi əsir" kimi cəzalandırılmasına "şifarişli qondarma məhkəmə şousu" ilə nail olub. Lakin hələ də beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və digər çoxsaylı insan haqları insitutları Xocalıda, Malıbəylidə, Qaradağlıda, Quşçularda Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilən soyqırım faktlarına, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək niyyətlərinə görə birinin öldürülməsinə, digər ikisinin isə ömürlük və 22 il həbs edilməsinə, ümumilikdə ermənilərin azərbaycanlı girovlara qarşı qeyri-insani münasibət göstərməyinə hələ də konkret mövqe nümayiş etdirməyib. Bu isə Ermənistan hakimiyyətinin getdikcə daha da radikal və azğın addımlar atmasına şərait yaradır. Münaqişədə iştirak edən İrəvanın bu hərəkətləri beynəlxalq hümanitar hüququn tələblərinə tam ziddir. Dünya ictimaiyyəti belə bir qeyri-insani praktikaya Ermənistanın nümunəsində ən azı 27 ildir ki, rast gəlir. Həlak olan əsgərlərin qarşı tərəfə verilməsindən imtina etmək, onların cəsədlərinin təhqir edilməsi, mülki əhalinin işgəncələrə məruz qoyulması kimi hallar nə insanlıq, nə də beynəlxalq humanitar normalarla bir araya sığmayan iyrənc əməllərdir.

Əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Əfsuslar olsun ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da, bu insanlığa yaraşmayan praktikaya qəsdən göz yumulur və reaksiya verilmir. Bu sahədə beynəlxalq hümanitar hüquq nöqteyi nəzərindən müəyyən boşluqlar mövcuddur. Daha dəqiq desək, dövlətin öz üzərinə düşən öhdəliyini yerinə yetirmədiyi təqdirdə hansı tədbirlərin görüləcəyi beynəlxalq hüquqda dəqiq əks olunmayıb və təbii ki, bu təəssüf doğurur.

Dünyada bir çox ölkələrin hərbi-siyasi rəhbərləri müharibə çərçivəsində soyqırımlara və əks tərəfin mülki və ya hərbi qulluqçularına qarşı qeyri-insani hərəkətlərə yol verib. Lakin tez ya gec həmin rəhbərlər Nürnberqdə, Haaqada cəzalandırılıblar. Digər vasitə kimi münaqişənin hərbi yolla həllini də heç kim istisna etmir. Bunu koçaryanlar, ohanyanlar, sarkisyanlar və paşinyanlar unutmamalıdır. Tarixdə cəzalanmayan işğalçı tapmaq elə də asan deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Əsir   Girov   Hərbi-əsir  

Əsir, hərbi əsir və girov anlayışları barədə nə bilirik? - HƏRBİ EKSPERT

2019/08/11124-1566198208.jpg
Oxunub: 933     10:45     19 Avqust 2019    