Ukrayna SQ-nin polkovniki: “Bakı və Kiyevin hərbi-texniki sahədə bir-birinə təklif edəcək məhsulları mövcuddur” (MÜSAHİBƏ)

2019/05/56756-1557234476.jpg
Oxunub: 2394     17:06     07 May 2019    
“Bunlara bir neçə istiqamət: raketlər, xüsusilə "Smerç" YARS üçün yüksək dəqiqlikli "Olxa" raketləri, eləcə də "Qrad", "Uraqan" və "Smerç" yaylım atəşli reaktiv sistemlər üçün sadə raketlərin bütün növləri aiddir. "Zoopak" artilleriya kəşfiyyat kompleksi, "Polojenie" kontrbatareya mübarizə vasitəsinin son modifikasiyası, hava məkanını qorumaq üçün "Kolçuqa" RLS-i qeyd etmək olar”.

Ordu.az ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş əməkdaşı Oleq Jdanovla eksklüziv müsahibəni təqdim edir:

- 1990-cı illərdə, xüsusilə 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı hərbi-texniki sahədə Azərbaycanla Ukrayna arasında ciddi münasibətlər qurulmuşdu. Ölkələrimizin hərbi-sənaye kompleksindəki mövcud münasibətlərini necə qiymətləndirirsiniz?

- Bugünkü münasibətlər ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün ilk cəhd kimi qiymətləndirilə bilər. Bu gün biz yalnız müdafiə sahəsində qarşılıqlı faydalı təmaslar tapmağa çalışırıq, onlar mövcuddur və biz bu vasitə ilə ölkələrimizin müdafiə imkanlarını qarşılıqlı faydalı şəraitdə gücləndirə bilərik. Bunun üçün, xüsusilə hərbi-texniki sahədə tərəfdaş ölkə kimi Azərbaycanla əməkdaşlığa dair rəhbərliyimizin siyasi qərarı tələb olunur. Və Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin bu məsələdən yan keçməyəcəyinə ümidlərimiz mövcuddur.

- Məlum olduğu kimi, güclü maliyyə imkanlarına malik Azərbaycan bir sıra ölkələrdən ən müasir hərbi texnika və silah alır. Qarabağ hərbi əməliyyatlar teatrını nəzərə alaraq Ukrayna hərbi sənaye kompleksinin hansı yenilikləri Bakını maraqlandıra bilər?

- Bunlara bir neçə istiqamət: raketlər, xüsusilə "Smerç" YARS üçün yüksək dəqiqlikli "Olxa" raketləri, eləcə də "Qrad", "Uraqan" və "Smerç" yaylım atəşli reaktiv sistemlər üçün sadə raketlərin bütün növləri aiddir. "Zoopak" artilleriya kəşfiyyat kompleksi, "Polojenie" kontrbatareya mübarizə vasitəsinin son modifikasiyası, hava məkanını qorumaq üçün "Kolçuqa" RLS-i qeyd etmək olar. Hərbi nəqliyyat aviasiya sahəsində isə həm döyüş zonasındakı torpaq uçuş-enmə zolaqlarında vəzifələri yerinə yetirə bilən yaxın mənzilli AN-148, həm də orta mənzilli AN-124 "Ruslan" təyyarələrini göstərmək olar.

- Yaxın vaxtlarda İstanbulda keçirilən IDEF-2019 beynəlxalq sərgisi çərçivəsində "Ukroboronprom" dövlət konserninin direktoru Pavel Bukin və Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev arasında görüş keçirildi. Görüşdə dövlət konserninin Azərbaycanın döyüş sursatı proqramında iştirakı müzakirə edilib. Tərəflər "Ukroboronprom"da mövcud olan zəruri istehsal texnologiyaları və sənaye imkanları ilə yerüstü artilleriya sürsatları üçün komponentlərin istehsalının təşkili məsələlərini müzakirə etdilər. "Ukroboronprom" isə Azərbaycandan yaxın döyüş vasitələrinin və onların sursatlarının alınmasına maraq göstərib. Bu görüşü Siz necə qiymətləndirirsiniz?

- Bu, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün əsasların hazırlanması və bəlkə də ölkələrimiz arasında daimi əsaslı geniş miqyaslı hərbi-texniki əməkdaşlıq haqqında müqavilənin imzalanması baxımından çox müsbət haldır. Çünki həm texnologiya mübadiləsi, həm hərbi, həm də ikili təyinatlı sənaye məhsullarının təchizatı sahəsində bir-birimizə təklif etmək üçün çox çeşiddə məhsullarımız mövcuddur.

- Ukraynada NATO-ya daxil olmaq haqqında əsasnamə qanunla təsdiqlənib. Necə hesab edirsiniz, bu nə vaxt baş verə bilər və Ukrayna Silahlı Qüvvələri NATO üzvlüyünə hazırdırmı?

- Hesab edirəm ki, bu ölkəmizin mövcud rəhbərliyinin böyük bir strateji səhvidir. Müttəfiq və ya kollektiv təhlükəsizlik sistemləri axtarışında ölkənin siyasi manevr sahəsini məhdudlaşdırmaq olmaz. NATO üzvlüyü qanun olmamalıdır, bu ittifaqa üzv ölkələrinin milli təhlükəsizlik sisteminin yaradılması, qoşunların maliyyələşdirilməsi, onların texniki təchizat səviyyəsi və ən əsası, müasir hərbi əməliyyatların dəstəklənməsi və keçirilməsinin təşkili üçün yanaşmaları əks etdirən fəaliyyətlərin idarə edilməsindən ibarət olmalıdır.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna-Azərbaycan   Hərbi-əməkdaşlıq  

Ukrayna SQ-nin polkovniki: “Bakı və Kiyevin hərbi-texniki sahədə bir-birinə təklif edəcək məhsulları mövcuddur” (MÜSAHİBƏ)

2019/05/56756-1557234476.jpg
Oxunub: 2395     17:06     07 May 2019    