"Taliban" qiyamçılarının Əfqanıstanın qərbindəki Fərah vilayətinin Gulüstan rayonundakı hərbi məntəqəyə hücum etməsi nəticəsində 20 əsgər həlak olub.
Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Fərah Rayon Şura rəsmisi Əbdül Səməd Salehi mətbuata verdiyi açıqlamada hücumda 20 əsgərin həlak olduğunu bildirib.
Qiyamçılar isə hücumda 25 əsgərin öldürüldüyünü iddia edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əfqanıstan
Taliban