Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "Armtimes.com" saytı yazıb.
Saytın məlumatına görə, Ermənistanda xarici agent şəbəkələri mövcuddur və daim olub.
Sayt, Ermənistanda KQB arxivlərinin açılmasının bəzi məqamlar nəzərə alınmaqla, hansı faydanı verə biləcəyini aşağıdakı şəkildə sadalayıb:
- Müstəqillikdən sonra Ermənistanda 3 dövlət rəhbəri olub və hər birinin siyasi məqsədlərlə bu arxivləri təmizlətdirmək imkanı olub. Ermənistan müstəqillik əldə edənədək sovet rəhbərliyinin vacib arxiv sənədlərini çıxarmaq imkanı olub.
- Hətta bu arxivlər açılsa da, yayımlansa da, yenə də cəmiyyətdə tam açılmadığına dair şübhələr qalmaqda davam edəcək. 30-cu illərdə kimi istəsən xarici casus elan edirdilər.
- KQB arxivləri açıldıqda yalnız rus xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş və bugünədək edənlər məlum olacaq. Bu halda digər dövlətlərin casusları nəinki ifşa edilməyəcək, hətta daha sərbəst olacaqlar.
- Hegemon ölkələr bir qayda olaraq Ermənistan kimi ölkələrdə ştat üzrə yox, gizli fəaliyyət göstərirlər.
- İllüstrasiya cəmiyyətdə bölgüçülüyə səbəb olaraq, gərginliyi artıracaq. İndiki geosiyasi vəziyyətdə bu qəti şəkildə qəbul olunmazdır.
"Digər tərəfdən Ermənistan doğrudan da xarici casusların fəaliyyət mərkəzinə, mübarizə səhnəsinə çevrilir və bu, ictimai şüurda tam bir qarışıqlıq yaradır.
Çünki Ermənistanın dəyərli orqanları və dövlətin inkişaf strategiyası yekun olaraq təşkil edilməyib.
Casusluq fəaliyyəti Qərb, ABŞ və Rusiya qarşıdurması fonunda daha da fəallaşa bilər. Hazırda Ermənistanda buna qarşı mübarizə siyasi partiyalar vasitəsilə deyil, xəbər agentlikləri və online platformalarda aparılır", - deyə sayt qeyd edir.
Ordu.az