Ordu.az “Joğovurd” nəşrinə istinadən xəbər verir ki, hazırda Ermənistanda çağırışçıların anaları rüşvət verməkdə ittiham edilirlər.
Erməni çağırışçıların anaları övladlarını hərbi xidmətdən azadetmə, yaxud daha rahat yerdə hərbi xidmət keçməsini təşkil etməyə çalışaraq rüşvət versələr də, dələduzluqla rastlaşaraq hazırda ittiham edilənlər kürsüsündə peyda olublar. Məbləği alan şəxslər, maddi vəsaiti mənimsəyərək verilən vədləri yerinə yetirməyiblər.
Qeyd edək ki, rüşvətin həcmi 2500 dollardan başlayaraq 8000 dollaradək təşkil edib.
Alpər Mövludoğlu
Ordu.az